...

Qara dəniz Yenidənqurma və İnkişaf Bankının yeni baş katibi təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2007 19:31 (UTC +04:00)

2007-ci ilin 15 yanvarından Corc Kottas Qara dəniz Yenidənqurma və İnkişaf bankının (QYİB) baş katibi vəzifəsinə başlayıb. Bu barədə Trend bankın çərşənbə günü yayılan press-relizinə istinadən xəbər verir. Onun səlahiyyət müddəti üç ildir.

Kottas çox illər Avropa Komissiyasının rəsmi təmsilçisi kimi çalışıb. O, Avropa Birliyinin kənd təsərrüfatının inkişaf siyasətində, AB -nin struktur fondlarında və AB layihələrinin və proqramlarının maliyə idarələrində ixtisaslaşıb.

O, Sorbon Universiteti-2-nin iqtisadi inkişaf üzrə magistridir.C Kottas ingilis, fransız, ispan, portuqal, azca da rus dillərində danışır.

Evlidir, iki oğlu var.

Xəbər lenti

Xəbər lenti