...

Azərbaycanın Maliyyə Nazirliyi sığorta halları üzrə ödənişdən qanunsuz imtina faktlarını aradan qaldırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2007 18:46 (UTC +04:00)

2006-cı il ərzində Azərbaycan Maliyyə Nazirliyinin sığorta nəzarəti şöbəsinə sığorta halları nəticəsində zərərçəkənlərdən sığorta ödənişləri üzrə 38 şikayət daxil olub.

Trend Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, onlardan 25 halda sığorta şirkətləri əsassız olaraq ödəniş etməkdən imtina ediblər. Nəzarət orqanının müdaxiləsindən sonra bu ərizələr üzrə bütövlükdə 44 642,52 manat məbləğində ödəniş təmin olunub.

2006-cı ilin yanvar-dekabr ayı ərzində şirkətlərin fəaliyyətinin lisenziyanın şərt və tələblərinə, eləcə də qanunvericiliyə uyğun olub -olmamasının yoxlanması zamanı Sığorta nəzarəti şöbəsi tərəfindən aşkar olunub ki, daha 9 fakt üzrə sığortaçılar ödəniş etməkdən imtina ediblər. Nəticədə sığorta hallarından zərərçəkənlərə 7130 manat həcmində ödənişin edilməsi təmin olunub.

Ümumilikdə, hesabat dövründə Maliyyə Nazirliyinin sığorta şöbəsi sığorta halları üzrə 51 772,53 manatın ödənilməsini təmin edib. Bu hallar üzrə sığorta şirkətləri əsassız şəkildə ödəniş etməkdən imtina ediblər.

Xəbər lenti

Xəbər lenti