...

"Kazazot" Azərbaycan ərazisi ilə gübrə tranzitini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Qazaxıstanın "Kazazot" müəssisəsi Azərbaycan ərazisindən Bakı-Batumi-Qars marşrutu üzrə azot gübrələrinin tranziti üçün istifadə etməyi təklif edir.

Çərşənbə axşamı Bakıda "Kazazot" müəssisəsinin müşahidə şurasının sədri Niqmat İmamniyazov bildirib ki, ilkin mərhələdə 2 mln. ton gübrə Avropa və ABŞ-a daşına bilər.

Qazaxıstan azot gübrəsinin istehsalı üçün ümumi gücü 10 mln. ton olan 5 zavod tikməyi planlaşdırır.

"Kazazot" birinci zavod üzrə 2007-ci ilin iyul-avqust aylarında Yaponiyanın Mitsubishi şirkəti ilə saziş imzalamağı planlaşdırır. Tikinti işləri 36 ay müddətində başa çatacaq.

İmamniyazovun fikrincə, azot gübrəsi milli təhlükəsizlik üçün çox lazımdır və Azərbaycan tərəfinə bu istiqamətdə əməkdaşlıq təklif olunub.

Manqistau vilayətinin qubernatoru Krımbek Kusurbayev Qazaxıstanın ölkə hüdudlarından kənara tam həcmdə mineral gübrələr çıxarmaq imkanı olduğunu bildirib. Amma ölkənin Kənd Təsərrüfatı Nazirliyi bu məhsulun daxili istehlakı üçün müəyyən kvota müəyyənləşdirəcək.

O, Azərbaycanı ümumi dəyəri 1 mlrd. dollar olan bu layihənin həyata keçirilməsində iştirak etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti