...

Azərbaycanın Maliyyə Nazirliyi SBFIC-in səlahiyyətlərini uzatmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanın Maliyyə Nazirliyinə Beynəlxalq əməkdaşlıq üzrə əmanət kassaları Fondu (SBFIC) ilə imzalanmaq üçün müqavilə təqdim olunub. Müqavilə əsasında Alman Azərbaycan Fondu (AAF) tərəfindən SBFIC idarəetməsinin tarixi uzadılacaq. Bu barədə məlumatı Alman İnkişaf Bankı KfW Bakı ofisinin rəhbəri Natiq Abdullayev verib. 2001-ci ildə fəaliyyətə başladığı dövrdən KfW-nin meneceri funksiyasını SBFIC yerinə yetirir. Onun idarəetmə müddəti 2006-cı ilin sonunda başa çatsa da alman bankının hələ tam mənimsənilməmiş qrant vəsaitlərinin məsləhətçinin xidmətlərinin ödənilməsinə yönəltmək qərara alınıb. Bununla da KfW SBFIC-in fəaliyyət müddətini fevralın sonuna qədər uzadıb.

Abdullayev söyləyib ki, yeni müqavilə çərçivəsində menecerin xidmətlərinin sonrakı mərhələdə AAF-ın öz vəsaitləri hesabına ödənilməsi təklif olunur. Alman Bankının AAF üçün üçüncü tranşı isə 2008-ci ildən tez həll olunmayacaq.

KfW birləşdirilmiş kredit təklif etsədə Azərbaycan hökuməti kreditin kommersiya hissəsindən imtina edib. Güzəştli hissə üzrə isə (5 mln. avro) yenidənproqramlaşdırma təklif olunurdu. Maliyyə Nazirliyi kreditin güzəştli hissəsini ölkə üçün qəbul olunan hesab edir, belə ki bu kiçik və orta sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. AAF üçün birləşdirilmiş kreditin ümumi həcmi eurolibor+2 dərəcəsi ilə təsbit olunmaqla 5 il ödəmə müddətli 20 mln. avro məbləğində 10 il üçün nəzərdə tutulmuşdu. Müqavilənin birləşdirilmiş kredit əsasında hazırlandığı nəzərə alınsa, yalnız kreditin güzəştli hissəsi alındığına görə müqavilə yenidən proqramlaşdırılmalıdır.

AAF-ın yaradılması barədə razılaşma 1999-cu ildə imzalanıb. Amma kreditlər isə 2001-ci ildən verilir. KfW AAF-a 8,7 mln. avro məbləğində iki kredit ayırıb. Kredit illik 0,75%-lə 10 il güzəşt dövrü olmaqla 35 ilə ayrılıb.

2001-ci ilin martından AAF-ın tərəfdaşları qismində Bank of Baku və UniBank, 2003-cü ilin yanvarından Parabank və Bank Respublika, 2004-cü ilin sentyabrından Azərdəmiryolbank və Azəriqazbank, 2006-cı ilin dekabrından isə Rabitabank və Muğanbank çıxış edir.

Xəbər lenti

Xəbər lenti