...

Komitə rəhbəri: "2007-ci ildə Azərbaycanın yeni Gömrük Məcəlləsi qəbul ediləcək" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2007 14:44 (UTC +04:00)
Komitə rəhbəri: "2007-ci ildə Azərbaycanın yeni Gömrük Məcəlləsi qəbul ediləcək" (video)

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynli, S.Babayeva/ 2007-ci ildə Azərbaycanın yeni Gömrük Məcəlləsi qəbul ediləcək. Bu haqda cümə axşamı Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.

Onun sözlərinə görə, Məcəllənin beynəlxalq standartlara çatdırılması üçün komitədə xüsusi işçi qrup səviyyəsində işlər aparılır.

"Hər gün mütəxəssislər Məcəllə üzərində çalışırlar" - deyə komitə rəhbəri qeyd edib.

Əliyev bildirib ki, bu günlərdə Məcəllə rəy almaq üçün beynəlxalq təşkilatlara göndəriləcək.

Yeni Gömrük Məcəlləsinin hazırlığı "Azərbaycanda gömrük sisteminin təkmilləşdirilməsi" layihəsi çərçivəsində aparılır. Layihə Avropa Komissiyasının vəsaitləri hesabına maliyyələşdirilir və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilir.

Beynəlxalq ekspertlərin fikrincə, yeni Məcəllə Azərbaycanın Avropaya inteqrasiyasına xeyli təsir göstərəcək, gömrük prosedurlarının şəffaflığını və sadələşdirilməsini, habelə ölkəyə xarici investisiyaların cəlb edilməsinin effektivliyini təmin edəcək.

Azərbaycanın ilk Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti