...

Azərbaycanın Ekologiya Nazirliyi Kür çayı yaxınlığındakı ərazilərin su altında qalacağını istisna etmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Mayın ortalarında Gürcüstan ərazisində gözlənilən yağışlarla əlaqədər Kür çayında suyun səviyyəsinin yüksələcəyi gözlənilir. Öz növbəsində bu, Ağstafa rayonundakı ərazilərin su altında qalması ilə nəticələnə bilər. Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərdə deyilir.

Kür və Araz çaylarında suyun artması ilə əlaqədər Kürün aşağı qollarında (Sabirabad, Əli Bayramlı, Salyan, Neftçala) suyun səviyyəsinin artacağı gözlənilir.

Qeyd edək ki, aprelin sonlarında Gürcüstanda yağan aramsız yağışlar ucbatından Kürün səviyyəsi artıb. Aprelin 29-dan mayın 2-dək Qıraqkəsəmən qəsəbəsində suyun səviyyəsi 1 metr yüksəlib, məsrəfin maksimum göstəricisi isə 1450 kubmetr/s. təşkil edib. Mayın 7-11-də isə suyun səviyyəsi 92 sm artıb və mayın 11-də suyun məsrəfi 1705 kubmetr/s. olub. Bu, 10 günlük normadan 50 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti