...

"Azərbaycan investisiya şirkəti" ilk investisiya sazişini bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ AO "Azərbaycan investisiya şirkəti" Səhmdar Cəmiyyəti "Milk-Pro" MMC-yə yatırımlara dair Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə ilk sazişi imzalayıb. Bu barədə cümə axşamı iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

"Azərbaycan investisiya şirkəti"nin ilk investisiyaları 4,684 mln. manat həcmində olacaq. Tərəflər arasında bağlanılacaq müqaviləyə əsasən, yatırılan vəsaitlər nəticəsində "Azərbaycan investisiya şirkəti"nin "Milk-Pro"dakı iştirakı 20 faiz təşkil edəcək.

AYİB-in də iştirak etdiyi investisiya layihəsinə əsasən, müəssisə qarşısında qoyulan başlıca vəzifələr yeni süd zavodunun tikintisi, Göyçayda fəaliyyət göstərən süd zavodunun istehsal gücünün artırılması, habelə müvafiq istehsalın Gürcüstanda yaradılması və məhsul nomenklaturasının genişləndirilməsidir. Yeni süd zavodunun tikintisi həmçinin Hövsan qəsəbəsində nəzərdə tutulur.

Ümumilikdə layihə təxribən 11 milyon dollar həcmində qiymətləndirilir. "Azərbaycan investisiya şirkəti"nin "Milk-Pro"dakı iştirakı səhmlərin yeni emissiyası hesabına mümkün olacaq.

Qeyd edək ki, "Milk-Pro" MMC süd və süd məhsullarının, habelə təbii meyvə şirələrinin istehsalı ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti