...

Bank of Baku səhmlərinin yerləşdirilmə tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2007 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 1 may tarixindən etibarən BFB-də "Bank of Baku" ASC-nin faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsi başlanacaq. Bu barədə məlumat cümə günü birja tərəfindən yayılıb.

Emissiyanın həcmi 2 mln. AZN, bir istiqrazın nominal dəyəri min AZN, istiqraz üzrə gəlirlilik 14%, tədavül müddəti isə 450 gün təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində "Bank of Baku" ASC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti