...

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi dövlət əmlakının qanunsuz və səmərəsiz istifadə olunması və dividentlərin dövlət büdcəsindən gizlədilməsi faktlarını aşkarlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 2007-ci il ərzində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin də iştirak etdiyi səhmdar cəmiyyətlərin 300 hesabatını təhlil edib. Bu barədə məlumat çərşənbə günü Dövlət Komitəsinin yaydığı məlumatda göstərilib.

Bununla yanaşı, dövlət əmlakının saxlanılması və effektiv istifadəsinin səviyyəsinin müəyyən olunması üzrə 2600 statistik əmlak hesabatı araşdırılıb. Hesabat dövründə SC və dövlət müəssisələrində inkişaf perspektivlərinin müəyyən olunması, istehsalat prosesinin öyrənilməsi, dividentlərin, büdcə ayırmalarının hesablanması, onların ödənilmə səviyyəsinin araşdırılması üçün 30 monitorinq keçirilib.

Araşdırmalar nəticəsində dövlət büdcəsinə aşağı səviyyədə dividentlərin hesablanması, dövlət əmlakının qanunsuz və səmərəsiz istifadə olunması faktları aşkarlanıb. Bu çatışmazlıqların aradan qaldırılması üçün Dövlət Komitəsi qanunvericiliyə uyğun olaraq tədbirlər görür.

Xəbər lenti

Xəbər lenti