...

Azərbaycan İnvestisiya Şirkəti və Küveytin Maliyyə Evi Azərbaycanda layihələrin birgə maliyyələşdirilməsi barədə razılığa gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova/Küveyt Maliyyə Evi (Kuwait Finance House) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) məramnamə memorandumu imzalayıb. Bu barədə cümə günü AİŞ-dən məlumat verilib.

AİŞ VƏ KME arasında memoranduma əsasən birgə investisiya strukturunun yaradılması planlaşdırılır. Onun vasitəsilə Azərbaycanda layihələrin birgə investisiyalaşdırılması həyata keçiriləcək.

Razılığa əsasən, AİŞ yeni təşkilatın 25 faiz, KME isə 75 faiz səhmini əldə etməyi planlaşdırır. Memorandumda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda investisiya iqliminin inkişafı və biznes layihələrin daha böyük həcminin reallaşdırılması üçün şərait yaradılacaq.

Xəbər lenti

Xəbər lenti