...

İyun ayında Azərbaycanda istehlak mallarına olan qiymətlərin düşmə tempinin zəifləməsi müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Çərşənbə günü Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlak mallarının qiymətlərinin və xidmətlərə görə tariflərin düşmə tempi iyun ayında may ayı ilə müqayisədə 0,5% təşkil edib, ötən ilin analoji ayı ilə müqayisədə isə 14,8% artıb. Yeyinti məhsullarına olan qiymətlər iyun ayı ərzində 2,2% aşağı düşüb.

Dövlət Statistika Komitəsi iyun ayı ərzində qiymətin aşağı düşməsini təsdiq edir, un məmulatlarında 0,2%, meyvələrdə 15,8%, mineralt sular, sərin içkilər və şirələrdə 0,6,%, şəkər və şirniyyat məhsullarında 0,1%, yağda 0,5%, pivədə 1,5%, çay, kofe, kakaoda 0,1%, spirtli içkilərdə 0,3% ucuzlaşma müşahidə olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə yanvar-may ayları ərzində infilyasiyanın artım tempi 16% təşkil edib.

Bu arada yeyinti məhsullarının qiyməti 15,8%, qeyri-yeyinti məhsullarının qiyməti 10%, xidmət sahəsində tariflər isə 23,6% bahalaşıb. 2007-ci ilin iyun ayında yeyinti məhsullarının qiyməti 2006-cı ilin iyun ayı ilə müqayisədə 12,4%, qeyri-yeyinti məhsulları 10,3%, xidmətlər 26,7% bahalaşıb.

Xəbər lenti

Xəbər lenti