Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Bərdə şəhərində yeni avtovağzalın tikintisinə başlanılıb. Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Yaşar Zamanovun çərşənbə günü verdiyi məlumata görə, yeni inşa olunan bina iki hektar ərazini əhatə edəcək. Avtovağzalda ikimərtəbəli gözləmə zalı tikiləcək. Binanın uzunluğu 48 metr, eni isə 30 metr olacaq. Gün ərzində terminaldan 8 avtobus çıxacaq və 250-dən çox sərnişinə xidmət edəcək.
Bərdədə köhnə avtovağzal bərbad vəziyyətdədir və ərazisi çox kiçik olub. Gündə iki avtobus çıxır.
Yeni avtovağzalın smeta dəyəri bir milyon manatdan çoxdur və tikintini "Tufan 66" MMC şirkəti aparacaq.
Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir.