...

İqtisadi inkişaf nazirinin müavini ilə müsahibə: "Azərbaycan gələcəkdə digər ölkələrin də enerjiyə olan tələbatını ödəyə bilər" (video)

Energetika Materials 12 Oktyabr 2007 15:04 (UTC +04:00)
İqtisadi inkişaf nazirinin müavini ilə müsahibə: "Azərbaycan gələcəkdə digər ölkələrin də enerjiyə olan tələbatını ödəyə bilər" (video)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova/ Azərbaycanın İqtisadi İnrkişaf Nazirliyi enerji təlükəsizliyinin təmin edilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə strateji cəhətdən mühüm layihələrin reallaşması istiqamətində işləri sürətləndirib. Bu tədbirlərə məişət tullantılarının emalı üzrə özəl elektirik stansiyaların və müəssisələrin yaradılması daxildir. Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov Trend a müsahibəsində hökumətin bu sahədə həyata keçirəcəyi planlarlar barədə məlumat verib.

- Bakıda ilk özəl elektrik stansiyanı Cənubi Koreyanın KEPKO şirkəti tikəcək. Bakıda tikiləcək ikinci özəl elektrik stansiyanın gücünun hansı səviyyədə olacağı planlaşdırılır və stansiya hansı yanacaq əsasında işləyəcək?

- Bakıda tikiləcək birinci və ikinci özəl elektrik stansiyanın gücü 700 mVt təşkil edəcək. Stansiyada elektrik enerjisinin istehsalı məqsədilə istifadə olunacaq yanacağın növü investorların təkliflərinin qiymətləndirilməsindən sonra müəyyən olunacaq. Elektrik enerjisinin istehsalı üçün ən qənaətli yanacaq növü qaz hesab olunur. Hər bir layihənin özünəməxsus xüsusiyyətləri var və layihənin reallaşmasına qədər hər hansı bir çərçivənin qoyulması düzgün olmazdı. Stansiyanın fəaliyyət göstərəcəyi gücə gəldikdə isə, biz hesa edirik ki, iqtisadi inkişaf tempini nəzərə alsaq ölkənin elektrik enerjisinə olan tələbatı artacaq. Biz istisna etmirik ki, öz təbii sərvətlərindən istifadə etməklə Azərbaycan həm daxili, həm də ölkə xaricində elektrik enrjisinə olan ehtiyacı ödəyəcək.

- Azərbaycanda özəl elektrik stansiyaların tikintisinin maliyyələşməsində beynəlxalq maliyyə təşkilatlarının iştirakı nə dərəcədə realdır?

- Layihələrin xeyli hissəsi beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşəcək. Kapitalın müəyyən hissəsi beynəlxalq maliyyə institutları, qalan hissəsi isə banklar tərəfindən təqdim olunacaq.

- Hökumət ikinci özəl elektrik stansiyanın tikiləcəyi yeri müəyyənləşdiribmi?

- Stansiyanın tikiləcəyi yer sonra müəyyən olunacaq. İlk özəl stansiya Ələtdə tikiləcək və bu qəsəbə Bakıdan cənubda yerləşdiyindən ikinci stansiya şimal istiqamətində tikiləcək.

- "Azərbaycan İnvestisiya Şirkəti" SC-nin (AİŞ) bu kimi layihələrdə iştirakı nəzərdə tutulurmu?

- Bəli. AİŞ bu kimi layihələrdə iştirak edə bilər. Bu növdə olan layihələr AİŞ üçün maraqlı ola bilər, lakin investisiya şirkəti bu məsələ ilə bağlı qərarı sərbəst şəkildə özü verməlidir. Layihələr kommersiya cəhətdən özünü doğrultmalı və gəlirli olmalıdır.

- Özəl stansiyaların yaradılması sahəsində təcrübənin olmadığını nəzərə alsaq investorlara hansı güzəştlər təqdim oluna bilər?

- Stansiyaların tikintisinin reallaşması güzəştlərdən asılı olmayacaq. Biz layihələri hər hansı güzəştlər hesabına həyata keçirmirik. Güzəştlərin əvəzinə layihənin həyata keçirilməsi zamanı tətbiq olunacaq parametrlər, investisiya mühiti, makroiqtisadi sabitlik kimi sabitləşdirici faktorlardan danışmaq lazımdır. Bu, bizim müzakirələrin əsas mövzusudur. Yerli və xarici elektrik enerjisi istehsalçıları arasında ayrıseçkiliyə yol verməmək üçün elektrik enerjisi istehsalı üçün yanacaq əldə edilməsi məsələsində güzəştlər tətbiq olunmamalıdır.

- Yeni özəl elektrik stansiyanın tikintisi üzrə məsləhətçinin vəzifələri nədən ibarət olacaq?

- Məsləhətçinin vəzifələrinə layihəni enerji şirkətlərinə təqdim etməklə tenderin təşkil edilməsi daxildir. "Sumitomo", "International Power", AES kim bir çox şirkətlər Azərbaycanda bu sahədə görülən işlərə maraq göstərirlər. Bu kimi şirkətlərə öz layihələrini təqdim etmələri üçün təkliflər göndəriləcək. Layihənin qiymətləndirilməsinə 3-4 ay sərf olunacaq, bir neçə ay isə onların

nəzərdən keçirilməsinə sərf olunacaq. Daha sonra isə Azərbaycanın maraqlarına cavab verəcək daha səmərəli təklif seçiləcək. Layihə hüquqi müqavilə ilə bağlı danışıqlar əsasında həyata keçiriləcək və bu danışıqlar məsləhətçilərlə birlikdə aparılacaq. Fiziki işlərin başlanmasına qədər bütün proses 15-18 ay çəkəcək.

- İnvestorlara makroiqtisadi və investisiya sabitliyi üzrə təminat verilə bilərmi?

- Stansiyanın tikintisinə maraq göstərən şirkətlər enerji sektorunda işləyirlər. Başqa sözlə, onlar layihəni həyata keçirmirlər və layihəni sata bilməzlər. Onlar üçün başlıca proioritet uzunmüddətli aktivlər üzrə maksimum təminatın əldə olunmasıdır. Götürək ki, onlar 15-20 il və ya daha uzun bir müddətə enerji istehsal edəcəklər. Elektrik stansiyasının sonrakı taleyi necə olacaq, 10-20 ildən sonra dövlət və özəl sektorun investorları arasında münasibətlər necə olacaq, bütün bunlar danışıqlar və razılıqlar yolu ilə müəyyən olunacaq. Biz hələ bu mərhələyə gəlib çatmamışıq.

Xəbər lenti

Xəbər lenti