...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 15 Noyabr 2007 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin noyabrın 14-də qiyməti 1 barel üçün 90,54 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətdə 1 barrel üçün 1,64 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın noyabrın 14-də qiyməti 1 barel üçün 89,59 dollara çatıb. Bu, əvvəlki qiymətdən 1,62 dollar çoxdur.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Noyabrın 14-də URAL neftinin qiyməti 1 barel üçün 87,09 dollar təşkil edib. Bu öncəki qiymətdən 1,58 dollar artıqdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin noyabrın 14-də qiyməti 1 barel üçün 90,77 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 1,71 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti