...

"Azəriqaz" əhalinin qaza olan tələbatının tam olaraq təminatına dair bəyanat verir

Energetika Materials 26 Dekabr 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Hazırda Azərbaycan əhalisinə sutkada təqribən 16 mln. kubmetr qaz tədarük olunur. Bu barədə çərşənbə günü "Azəriqaz" QSC-dən bildiriblər. Bu həcm əhalinin yanacaqla təmin edilməsi üçün kifayətdir.

Bakı əhalisinə sutka ərzində təxminən 9 mln. kubmetr qaz tədarük olunur.

QSC-dən bildiriblər ki, ehtiyac yaranan zaman (hava şəraitinin pisləşməsi və qaz tələbatının artması ilə əlaqədar) bu həcm artırıla bilər.

"Azəriqaz" Azərbaycan Dövlət Neft Şirkətinin öz yataqlarından hasil etdiyi qazı, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarından hasil etdiyi səmt qazını, həmçinin "Şah Dəniz" qazkondensat yatağından şirkətlər konsorsiumu tərəfindən hasil edilən qazı əldə edir.

Xəbər lenti

Xəbər lenti