Azərbaycan, Bakı, 21 yanvar/ Trend / Heydər Əliyev adına Bakı neft emalı zavodu yüksəkoktanlı benzin və mayeləşdirilmiş qaz istehsal edən katalitik krekinq qurğusunun işini dayandırıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında deyilir.Qeyd edək ki,müəssisə ARDNŞ -nin tərkibinə daxildir.
Məlumatda deyildiyi kimi, qurğunun işinin dayandırılması qısamüddətli olacaq. Təmirin gedişində qurğuya onun işinin effektivliyini artıracaq yeni müasir avadanlıq quraşdırılacaq.
"Benzin və mayeləşdirilmiş qaz ehtiyatı təmir işlərinin aparılmasına və yeni avadanlığın quraşdırılmasına imkan verir", - ARDNŞ-nin məlumatında bildirilir.