...

ARDNŞ-ybn iştirakçısı olduğu iri BM-nin rəhbərliyi dəyişib

Energetika Materials 27 Fevral 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir V.Şərifov, S.Əliyev/ Fərid Axundov Azərbaycan-Amerika birgə müəssisəsi (BM) olan "Caspian Drilling Company"yə rəhbər təyin olunub. O, bu vəzifədə Şaiq Bəkirovu əvəz edib. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Bəkirov fevral ayında ARDNŞ-nin Neft-Qaz İdarəsi rəisinin müavini vəzifəsinə keçib.

"Caspian Drilling Company" BM müxtəlif vaxtlarda "ExxonMobil", "ChevronTexaco", "AGIP" şirkətləri üçün quyu qazıb. BM-nin balansında iki qazma qurğusu var - "Dədə Qorqud" və "İstiqlal". Hər iki qurğu hazırda BP-nin sifarişi ilə fəaliyyət göstərir. "Dədə Qorqud" "Günəşli" ("Azəri-Çıraq-Günəşli" müqavilə sahəsinin tərikibinə daxildir) yatağının dərin su hissəsində, "İstiqlal" "İnam" perspektivli strukturunda işləyir.

"Caspian Drilling Company" BM üzrə tərəfdaşlar, 55 faiz iştirak payı ilə, ARDNŞ və 45 faiz payla "Transocean" şirkətidir.

Xəbər lenti

Xəbər lenti