...

Azərbaycan – türkmən qazının Avropaya müstəqil tədarükü üçün yeganə yoldur

Energetika Materials 15 Aprel 2008 19:39 (UTC +04:00)
Azərbaycan – türkmən qazının Avropaya müstəqil tədarükü üçün yeganə yoldur

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir S.Əliyev/ Türkmənistan Avropa İttifaqı (Aİ) üçün hər il 10 mlrd. kub metr qaz tədarük etməyə hazır olduğunu bildirib. Bu "o qədər də böyük rəqəm deyil", istənilən halda bu, "ilk və olduqca mühüm addımdır". Bu barədə ötən həftə keçirilən Aİ-Türkmənistan iclasının yekunları üzrə "The Financial Times"a müsahibəsində Aİ-nin xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero-Valdner (Benita Ferrero-Waldner) bildirib.

Komissar türkmən qazının Avropa ölkələrinə tədarükü üzrə üç mümkün variant görür. Bütün marşrutlar yanacağın Azərbaycandan tranzitini nəzərdə tutur. Birinci variant öz başlanğıcını Bakının yaxınlığından götürən qaz nəqliyyat sisetmində (Cənubi Qafqaz qaz kəməri - SCP) gələcək qaz tədarükü üçün Türkmənistan və Azərbaycanın dəniz obyektləri arasında 60 kilometrlik boru kəmərinin tikintisini nəzərdə tutur.

Bu marşrut Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağı infrastrukturu ilə Türkmənistan obyektlərinin birləşməsini nəzərdə tutur. Bu yataq xarici şirkətlər konsorsiumu (Texniki operator BP, kommersiya operatoru - Statoil) tərfindən işlənir. Mövcud boru kəmərləri vasitəsilə "Şahdəniz" yatağı SCP-nin (Onun vasitəsilə qaz Türkiyə və Gürcüstana tədarük olunur) öz başlanğıcını götürdüyü Səngəçal terminalı ilə birləşir. Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən müstəqil olaraq işlənən dəniz yataqları hazırda sahilə 10 mlrd. kub metr həcmdə qaz nəqli üçün kifayət qədər güclü infrastruktura malik deyil.

Türkmənistanın dəniz obyektlərinin "Şahdəniz" yatağı ilə birləşməsinin lehinə,bu layihənin ikinci mərhələsi çərçivəsində, Avropa ölkələrinə satılması nəzərdə tutulan yanacaq amili də çıxış edir. Bu layihənin ikinci mərhələsi çərçivəsində 20 mlrd. kub metrdən çox qaz hasil ediləcək. Cənubi Qafqaz qaz kəməri ildə 20 mlrd. kub mert nəql gücünə malikdir. SCP Avropa ölkələri tərəfindən "Nabukko" qaz kəməri marşrutunun bir hissəsi kimi nəzərdən keçirilir və Aİ ölkələrinin qaz ilə təmin edilməsində mühüm rol oynamalıdır.

Aİ komissarı tərəfindən təklif olunan daha bir variant Türkmənistan qaz yataqlarının Qazaxıstanın quruda yerləşən obyektləri ilə birlşdirilməsi, gələcəkdə isə onların, Azərbaycandan keçməklə, Avropa marşrutuna qoşulmasıdan ibarətdir. Layihə TransXəzər qaz kəmərinin tikintisini nəzərdə tutur. Sualtı qaz kəmərinin tikintisinin (xidmət və materiallar hazırkı qiymətlərlə) ilkin dəyəri təxminən 12 mlrd. dollar , nəql imkanları ildə 22 mlrd. kub metr qaz təşkil edə bilər. Ekspertlər qeyd edirlər ki, bu boru kəmərinin çəkilməsi üzrə texniki şərtlər "Mavi axın" (Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə) boru kəmərinin çəkilməsindən daha sərfəlidir. Bu, Qara dənizlə müqayisədə, Xəzərin dayaz və daha sərfəli təbii mühitə malik olması ilə izah olunur.

Siyasi və İqtisadi Aşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov hesab edir ki, Aİ ilə Türkmənistan arasında konkret razılaşma əldə olunarsa və sənədlər imzalanarsa, "türkmən qazının Avropa İttifaqı ölkələrinə nəqli və TransXəzər qaz kəmərinin tikintisi məsələsinin aktuallığı əhəmiyyətli dərəcədə arta bilər". Bağirov qeyd edib ki, istehsalçı (Türkmənistan) qaz nəqli marşrutlarının diversifikasiyasında, istehlakçı (Avropa) isə, onun tədarük marşrutlarının diversifikasiyasında marqlıdır. Türkmənistandan qazın Avropaya tədarükündə, bu Orta Asiya ölkəsində qaz ehtiyatları auditi əhəmiyyətli təkan ola bilər. Bu gün Türkmənistanda təxminən 50 mlrd. kub metr qaz hasil olunur və bu həcm üzrə bundan sonra da müqavilələr mövcuddur. Ehiyyat auditi qaz tədarükü həcmlərinin proqnozlaşdırılmasına imkan yaradacaq.

Ehtiyat auditini Britaniyanın "Gaffney Cline Associates" şirkəti aparacaq. İlkin mərhələdə Cənubi İolatan - Osman iri qaz yatağında auditin aparılması nəzərdə tutulub. Türkmənistan mütəxəssislərinin rəylərinə görə, bu yatağın ehtiyatları hazırda ölkədə istismar olunan bütün yataqların karbohidrogen həcmlərini üstələyir və onun dünyanın ən iri dördlüyünə daxil edilməsinə imkan yaradır.

Ferrero-Valdner tərfindən təklif olunan son variant qazın mayeləşdirilməsini və onun Xəzər tankerləri vasitəsilə nəqlini nəzərdə tutur. Bu layihənin reallaşdırılması üçün əhəmiyyətli infrastrukturların yaradılması, xüsusilə mayeləşdirilmiş qazın nəqli üçün xüsusi tanker donanmasının yaradılması lazımdır. Hazırda Xəzərdə belə donanma mövcud deyil. Bundan əlavə, mayeləşdirlmiş qazın saxlanılması, dəmir yolları və onun nəql parklarının müasirləşdirilməsi, həmçinin, mayeləşdirlmiş qazın Gürcüstan və Türkiyənin Qara dəniz sahillərinə (Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryolu əlaqəsinin açılması layihəsi üzrə) nəqli üçün sahildə obyektlərin tikilməsi zərurəti yaranacaq.

Son zamanlar "Nabukko" qaz kəmərinə Xəzər regionundan Avropaya qaz tədarükü üzrə əsas marşrut qismində baxılır. Lakin bu, yeganə marşrut hesab olunmur. Digər istiqamətlər sırasında Yunanıstandan İtaliyaya qaz tədarükünü nəzərdə tutan Transadriatik boru kəməri kimi marşrutlar çıxış edə bilər. Təbii qaz Yunanıstana Türkiyədən boru kəməri ilə tədarük olunacaq.

Xəzər regionundan qaz nəqli üçün təklif olunan daha bir marşrut - "Ağ axın" marşrutudur. Bu marşrut Ukrayna baş naziri Yuliya Timoşenko tərəfindən yanvar ayında Brüsselə səfər zamanı təklif olunub. Bu marşrut Türkmənistandan Azərbaycan ərazisindən keçməklə, Gürcüstanın Supsa limanına, oradan isə, Qara dənizin dibi ilə Krımdan keçməklə, Avropa İttifaqı istiqamətində qaz kəmərinin tikintisini nəzərdə tutur.

Ekspertlər layihənin reallaşdırlmasının mümkünlüyünə şübhə ilə yanaşırlar. "Vedomosti" qəzetinin "Enerqiresursı" şöbəsinin redaktoru Svetlana İvanova hesab edir ki, "Ukraynanın buna pulu çatmaz". Aİ Ukraynanı etibarlı tərəfdaş (Ukraynanın "Qazprom"la razılığa gələ bilməməsi səbəbindən, Avropanın qazdan məhrum olmasını hamı xatırlayır) hesab etmir. Bu dövrdə "Qazprom" "Cənub axını" tikintisinə hazırlığı fəallaşdırdı. Əgər tikinti işləri həqiqətən müşahidə olunan perspektivdə başlayarsa, o zaman avropalılar "Nabukko" və "Ağ axın"a görə xərcə düşməyəcəklər", - deyə İvanova bildirib.

Ekspertlərin şübhəsi Aİ və ABŞ- ın Avropa İttifaqı ölklərinin (Nabukko) texniki cəhətdən reallaşdırılması çətin olan (Qara dənizin dibi ilə sualtı boru kəmərinin tikintisi) Ukrayna təklifi ("Ağ axın") üzrə layihənin lehinə dəstək göstərməsindən imtina etmə ehtimalı yaradır.

Sabit Bağırov hesab edir ki, "Ağ axın" layihəsinin reallaşdırılması ehtimalı "az olsa da, sıfra bərabər deyil".

Layihə maliyyələşdiriləcəyi təqdirdə, Qara dənizin dibi ilə bu boru kəmərinin çəkilməsində heç bir problem olmamalıdır. Qara dəniz üzrə artıq "Mavi axın" qaz kəməri çəkilib və "Cənub axını"nın çəkilməsinə hazırlıq görülür.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin əvvəllər bildirdiyinə görə, "Ağ axın"nın reallaşdırılması üçün "layihənin ekoloji təsiri, təhlükəsizliyi və iqtisadi cəhətdən hesablanması lazımdır". Əliyev bildirib ki, qaz tədarükü marşrutunun dəqiq müəyyən edilməsi lazımdır. Çünki layihənin reallaşdırılması üçün sualtı, o cümldən Qara dənizin dibi ilə boru kmərləri tikilməlidir.

Nazir qeyd edib ki, Azərbaycanın bu marşrut üzrə nəql üçün kifayət qədər qaz həcmi olacağı təqdirdə, bu layihə həyata keçirilə bilər. Bu, Azərbaycanda yeni qaz yataqlarının açılması, "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının dərin sulu qaz ehtiyatlarının işlənməsi və digər mənbələrdən istifadə nəticəsində baş verə bilər.

Türkmənistan tərəfindən şəxsi qazın Avropaya tədarükü ona öz qazını müstəqil satmaq və Avropa qaz bazarında tamhüquqlu oyunçu olmaq imkanı verəcək. Bu hazırkı layihənin iqtisadi cəhətdən cəlbediciliyinə müsbət təsir göstərəcək. Bu gün türkmən qazı Rusiya ilə sərhəddən satılır, daha sonra isə, Rusiyanın qaz inhisarçısı olan "Qazprom" şirkəti tərəfindən tədarük olunur. Bu qaz, əsasən, Ukrayna bazarında reallaşdırılır.

Martın əvvəlində Qazaxıstan, Özbəkistan və Türkmənistan qaz şirkətləri rəhbərlərinin "Qazprom" rəhbərliyi ilə görüşü zamanı "milli iqtisadçıların maraqlarından çıxış edərək, enerji daşıyıcılarının etibarlı və fasiləsiz tədarükünün təmin edilməsi üzrə beynəlxalq öhdəliklər nəzərə alınaraq, 2009- cu ildən təbii qaz (Orta Asiya) satışının ("Qazprom") Avropa qiymətləri ilə həyata keçirilməsi" barədə qərar qəbul olunub.

Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Bağırov bildirib ki, bu günkü qiymətlərlə Orta Asiya qazının "Qazprom" tərəfindən proqnozlaşdırılan satış qiyməti 1 kubmetr görə 200-230 dollar təşkil edə bilər. Bununla yanaşı, "Qazprom" Avropa üçün qazın dəyərini daha yüksək səviyyədə proqnozlaşdırır.

"Vedomosti" qəzetinin "Enerqoresursı" şöbəsinin redaktoru İvanova bildirib ki, "2008-ci ildə "Qazprom" Avropa üçün qiymətləri 1 kub metrə görə, orta hesabla, 349 dollara qədər artırmağı proqnozlaşdrır. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bu göstəricini 1 kub metr üçün 381 dollar dəyərində proqnozlaşdırır".

"2009-2010-cu illərdə "Qazprom", məmurlar və ekspertlər Avropa qiymətlərinin aşağı düşməsini gözləyirlər, lakin bu enmənin cüzi dərəcədə olacağı istisna edilmir. Çünki nəticədə, qaz qiymətləri daim artmaqda olan neftin qiymətlərinə "bağlıdır", - İvanova hesab edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti