...

"Palmali" Şirkətlər Qrupu yeni tanker alıb

Energetika Materials 22 May 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may/ Trend / "Palmali" Şirkətlər Qrupu mayın 21-də dedveyti 13 min ton olan və "Krasnoe Sormovo" gəmiqayırma zavodunda tikilmiş üçüncü tankeri ("Agsu") alıb. Bu barədə MNP-nin cümə axşamı yayılan məlumatında deyilir. Birinci iki tanker "Masalli" və "Agdash" 2007-ci ilin payızında "Palmali"yə verilib.

"Krasnoe Sormovo" zavodu "Palmali" şirkəti üçün ümumilikdə beş tanker tikəcək.

Belə gəmilərin konstruksiyası bir reysdə 12 yük çənində bir neçə növ neft məhsulu daşımağa imkan verir. Tankerin ikiqat bortlarında və ikiqat dibində ballast bölmələri var, müxtəlif hava şəraitlərində, mülayim-soyuq dəniz iqlimi olan rayonlarda işləyir.

Tankerin texniki xüsusiyyətləri: uzunluğu - 150 metr, eni - 17,30 metr, bortunun hündürlüyü - 10,5 metr, tam yüklənmiş halda sürəti - 10 dəniz mili, tankların ümumi həcmi - 14 770 kubmetrdir.

Hazırda "Krasnoe Sormovo" zavodu "Palmali" şirkəti üçün RSD17 layihəli "Avro kruizer" tipli çoxməqsədli quru yük teploxodlarının tikintisini başa çatdırıb. 2007-ci ilin fevralında "Palmali" və "Krasnoe Sormovo" arasında dedveyti 7000 ton olan RST22 layihəli kimyəvi məhsullar daşıyan 10 tankerin tikintisinə dair müqavilə bağlanıb.Yüksək RS "EKO Layihə" ekoloji sinifli RST22 layihəli "Yeni Armada" tipli baş tankerin bünövrəsi ötən ilin mayında qoyulub. Martın əvvəlində İstanbulda "Krasnoe Sormovo" və "Palmali" Şirkətlər Qrupu arasında 19619 layihəli iki tankerin tikintisinə dair yeni müqavilələr bağlanıb. Bu, həmin layihə üzrə "Palmali" üçün tikiləcək dördüncü və beşinci tankerlərdir. Müqavilənin 2009-cu ilin dördüncü rübündə başa çatdırılması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti