Azərbaycan, Bakı, 29 may / " Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin mayın 28-də qiyməti 1 barel üçün 131,64 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətdə 1 barel üçün 0,37 dollar azalıb.
Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.
ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın mayın 28-də qiyməti 1 barel üçün 130,27 dollar təşkiledib. Bu, əvvəlki qiymətdən 0,59 dollar çoxdur.
Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.
Mayın 28-də URALS neftinin qiyməti 1 barel üçün 121,71 dollar təşkil edib. Bu,əvvəlki qiymətdən 0,28 dollar azdır.
Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin mayın 28-də qiyməti 1 barel üçün 128,94 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,04 dollar azdır.