Azərbaycan, Bakı, 15 iyul/ Trend /"Azərenerji"ASC 2007-ci ilin ilk yarımilində dövlət büdcəsinə 37,8 mln. manat vəsait ödədiyi halda, cari ilin yanvar-iyununda 55,6 mln. manat vəsait ödəyib, - SC-nin mətbuat xidmətindən bildiriblər.
Cari ilin iyununda dövlət büdcəsinə 7,2 mln. manat köçürülüb. Bu göstərici 2007-ci ilin analoji dövründə 6,8 mln. manat olub.
Vəsait yığımlarında artım elektrik sayğacları quraşdırılması prosesinin başa çatması ilə bağlıdır. Bu, abonentlərdən verilən enerjiyə görə yığımları və paylaşdırıcı şəbəkələrə elektrik enerjisinin dəyərini artırmağa imkan verib.