...

Qazaxıstan neft ixracı üzrə gömrük rüsumunu təqribən iki dəfə artırıb

Energetika Materials 11 Sentyabr 2008 15:24 (UTC +04:00)

Qazaxıstan, Astana, 11 sentyabr / Trend / Qazaxıstanda ixrac gömrük rüsumu bir ton neft üçün 109,91 dollardan 203,8 dolaradək artırılıb. Bu barədə "İnterfaks" xəbər verir.

Hökumətin "Qazaxıstan Respublikası hökumətinin 2005-ci il 15 oktyabr tarixli 1036 saylı qərarına əlavə və dəyişikliklərin edilməsi haqqında" müvafiq qərarı cümə axşamı rəsmi mətbuatda nəşr olunub. Sənədə əsasən, xam neft və qaz kondensatına görə renta vergisi ödəyənlər üçün gömrük rüsumunun dərəcəsi bir ton üçün 27,43 dollardan 121,32 dollaradək artıb. Bundan əlavə, ağır distillyat (maye yanacaq), koks və neft bitumu üzrə gömrük rüsumu dərəcəsi bir ton üçün 112,5 dollar (əvvəllər 82,2 dollar) həcmində müəyyənləşib.

Qazaxıstan hökumətinin bu qərarı rəsmən dərc olunduqdan 30 gün sonra qüvvəyə minəcək.

Məqalə müəllifi ilə əlaqə ünvaanı - [email protected]

Xəbər lenti

Xəbər lenti