...

2012-ci ilə İran neft emalı üzrə Fars körfəzi ölkələri arasında birinci yerə çıxacaq

Energetika Materials 17 Sentyabr 2008 01:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr/ Trend / ї2012-ci ilədək İran Səudiyyə Ərəbistanını geridə qoyaraq, neft emalı üzrə Fars körfəzi ölkələri arasında lider olacaqї, - İİR-in Milli Neft Şirkətinin emal şöbəsinin rəhbəri Aminullah İsgəndəri bildirib, İRNA agentliyi xəbər verir.

İsgəndərinin sözlərinə görə, hazırda İran neft emalına yatırılan sərmayələrin həcminə görə Fars körfəzi ölkələri arasında liderlik etsə də, neft emalı həcminə görə Səudiyyə Ərəbistanından sonra ikinci yerdədir.

O əlavə edib ki, hazırda Səudiyyə Ərəbistanı sutkada 2 mln. 100 min barel neft emal edə bilər. 2015-ci ilə bu göstərici 3 mln. barelə çatacaq.

2012-ci ilə İranın gündəlik neft emalı gücü 3 mln. 300 min barelə çatacaq.

İsgəndəri əlavə edib ki, neft emalı sahəsinin təkmilləşdirilməsi və onun həcminin artırılması üçün їböyük proqramї hazırlanır. O qeyd edib ki, İran bu proqrama əsasən, 2025-ci ilədək gündə 60 mln. litr benzin ixrac etmək niyyətindədir.

İsgəndərinin sözlərinə görə, hazırda ölkədə yeddi yeni neft emalı zavodu tikilir. O əlavə edib ki, ilkin hesablamalara görə onların tikintisi üçün 15,5 mlrd. avro tələb olunur.

Xəbər lenti

Xəbər lenti