...

ARDNŞ Azərbaycanda neft - kimya kompleksinin yaradılması layihəsi üzrə şirkətlərin seçimini aparır

Energetika Materials 22 Sentyabr 2008 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend / "Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanda yeni neft - kimya kompleksi tikintisinin texniki-iqtisadi əsaslandırmasını və hazır məhsulun realizəsi üzrə marketinq araşdırmaları hazırlayacaq şirkətlərin seçimini aparır", - ARDNŞ - nin yüksək vəzifəli nümayəndəsi bildirib.

Əvvəllər şirkət respublikada yeni neft - kimya kompleksinin yaradılması konsepsiyasının hazırlanmasını başa çatdırıb və bu layihə ilə məşğul olacaq layihə qrupu yaradıb. Kompleksin dəyəri 20 mlrd. avrodan çox qiymətləndirilib.

ARDNŞ 2018 - ci ilə ölkədə ən yeni neft emalı, neft- kimya kompleksinin, həmçinin, qazın dərin emalı üzrə zavodun və gübrə zavodunun tikintisini başa çatdırmaq niyyətindədir. Yeni kompleks Səngəçalda yerləşəcək.

Birinci mərhələdə qaz emalı müəssisəsi və gübrə istehsalı üzrə zavodun yaradılması nəzərdə tutulur. Bu kompleksin tikintisini 2012 - ci ildə başa çatdırmaq nəzərdə tutulur.

Neft emalı zavodu kükürdlü neftin emalına hesablanacaq. Bu, Azərbaycanda hasil edilən bütün neft növlərini (ixraca göndərilən Azeri Light istisna olmaqla), Xəzərin şərq sahilindən hasil edilən nefti emal etməyə imkan verəcək. Neft emalı kompleksinin gücünün, gələcək genişləndirmə ilə, ildə 10 mln. ton olacağı nəzərdə tutulur.

Qaz emalı gücü ildə 20 mlrd. kubmetr təşkil edəcək və 30 - 40 mlrd. kubmetrədək genişləndirmə imkanı olacaq. Bununla yanaşı, Dövlət Neft Şirkəti "Şahdəniz" yatağından hasil edilən qazın emalını da həyata keçirmək niyyətindədir. "Şahdəniz"dən emala göndərilən qaz həcmi təxminən 3 mlrd. kubmetr ola bilər.

Bu gün Azərbaycanda neft məhsulları, ümumi emal gücü ildə 20 mln. ton olan iki Bakı NEZ- in (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və "Azneftyağ" NEZ) bazasında istehsal edilir. Hər iki NEZ hər il şəxsi vəsaitləri hesabına dənizdən və qurudan hasil edilən 6 mln. tondan çox neft emal edən ARDNŞ - nin tərkibinə daxildir.

Səngəçalda neft emalı kompleksinin mərhələli şəkildə yaradılması ilə bu müəssisələrdəki avadanlıq söküləcək. Avadanlıqdan Dövlət Neft Şirkətinin Azərbaycandan kənarda yarada biləcəyi digər zavodlarda istifadə edilməsi mümkündür.

Qaz Azərbaycan Qaz Emalı Zavodunda (AzQEZ) emal edilir. AzQEZ-in birinci növbəsi 1961 - ci ildə istismara verilib. Altı qaz emalı qurğusundan əlavə, qaz kondesatının emalı (illik gücü 675 min ton) və qeyri - stabil benzinin fraksiyalaşdırması (illik gücü 600 min ton) qurğuları tikilib.

Yeni qaz emalı kompleksi tikildikdən sonra, köhnə zavod tamamilə söküləcək.

Xəbər lenti

Xəbər lenti