...

Azərbaycanda "Şahdəniz" qaz-kondensat yatağında qaz hasilatı artırılmayacaq

Energetika Materials 27 Sentyabr 2008 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr / Trend , müxbir E.İsmayılov/ "Cari ilin sonunadək Azərbaycanda "Şahdəniz" qaz kondensat yatağında hasilat həcmi təqribən 22 mlrd. kubmetr həcmində saxlanılacaq", - deyə şənbə günü "Statoil" (operator Azerbaijan gas supply company) şirkətinin vitse-prezidenti Olav Skalmeraas bildirib.

Skalmeraas deyib ki, hasilat həcmi 2009-cu ildə Türkiyə tərəfindən qaz idxalı həcmi artandan sonra nəzərəçarpacaq dərəcədə artırılacaq.

Hazırda "Şahdəniz" yatağında qaz hasilat platforması quraşdırılanadək qazılan dörd qabaqcıl quyudan hasil edilir. Türkiyə bu həcmin təqribən sutkada 13 - 14 mln. kubmetrini, Azərbaycan 6 - 7 mln. kubmetrini, Gürcüstan isə 1 mln. kubmetrini əldə edir.

Beşinci quyunun qazma işləri TPG-500 platformasından həyata keçirilir. Qazma başa çatdıqdan sonra yataqda qaz hasilatı hazırkı 21-22 mln. kubmetrdən sutkada 26-27 mln. kubmetrədək artacaq.

"Şahdəniz" yatağının işlənilməsinə dair saziş 1996 - cı il iyunun 4 - də imzalanıb. Saziş iştirakçıları bunlardır: BP (operator- 25,5%), Statoil (25,5%), NICO, Total, LUKAgip (10%), TPAO (9%), ARDNŞ (10%).

Bu yataqda hasilata 1996 - cı ilin dekabrından başlanıb. Hazırda xammal Cənubi Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da qaz alıcısı qismində çıxış edir.

Yatağın işlənilmə layihəsinin birinci mərhələsi çərçivəsində ildə 8,8 mlrd. kubmetr qaz hasil ediləcəyi güman olunur. Bu həcm Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. Reallaşdırılmasına 2012 - ci ildə başlanacaq ikinci mərhələ çərçivəsində hasilat 20 mlrd. kubmetrədək artırılacaq. Bu mərhələdə qazın Avropa ölkələrinə nəqli nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti