Azərbaycan,Bakı, 13 oktyabr/ TrendCapita , müxbir A.Bədəlova/ 6 -10 oktyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $83,12/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $11,9/barr azdır.
6 -10 oktyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $87,06/barr, minimal qiyməti isə $76,54/barr təşkil edib.
Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
6 -10 oktyabr həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $77,18/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $11,74/barr azdır.
6 -10 oktyabr həftəsində URALS neftinin maksimal qiyməti $81,12/barr, minimal qiymət isə $70,28/barr təşkil edib.
URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.
6 -10 oktyabr həftəsində Brent Dated neftinin orta qiyməti $80,81/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $11,5/barr azdır.
Brent neftinin maksimal qiyməti $84,53/barr, minimal qiymət isə $74,51/barr təşkil edib.
Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]