...

Aİ TransXəzər enerji layihələrini qiymətləndirir

Energetika Materials 15 Oktyabr 2008 18:43 (UTC +04:00)

Qazaxıstan, Astana, 15 oktyabr/ Trend , müxbir K.Konırova/ Avropa İttifaqı (Aİ) Gürcüstanı, enerji tədarükü mənbələrinin diversifikasiyası üçün təşkilata lazım olan Cənub dəhlizinin inkişafında mühüm ölkə kimi nəzərdən keçirir. Trend ın Astanadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Aİ-nin Qaxazıstandakı rəhbəri Norber Justen bildirib.

"Biz son hadisələr (Gürcüstanda) ilə əlaqədar TransXəzər layihəsi üzrə mövqeyimizi dəyişməmişik. Cənub dəhlizi Aİ-yə enerji resurslarının tədarükü üzrə təhlükəsizlik və etibarlılığın təminatı üçün lazımdır və mən əminəm ki, o, hasilat ölkələrinin də maraqlarına cavab verir. Biz Gürcüstana bununla əlaqədar hələ də mühüm ölkə kimi baxırıq", -deyə Justen bildirib.

Nümayəndəlik rəhbəri bildirib ki, Aİ hazırda tərəfdaş ölkələrlə, xüsusilə də Qazaxıstanla TransXəzər layihələrin reallaşdırılması üçün texniki və hüquqi imkanların qiymətləndirilməsini aparır.

"Bu, çətin məsələdir və söhbət boruların çəkiləcəyi yollarda dağların və dənizin olmasından getmir. Biz mümkün variantların qiymətləndirilməsi üzrə səylərimizi davam etdiririk", - deyə Justen bildirib və əlavə edib ki, "biz Cənub dəhlizinin inkişafında maraqlıyıq və onun həyata keçməyini istəyirik".

TransXəzər sualtı qaz kəmərinin tikintisinin ilkin dəyəri (Xidmət və materiallar hazırkı qiymətlərlə) 11,5 mlrd. ABŞ dolları qiymətləndirilir. Onun nəql imkanları ildə 22 mlrd. kub - metr qaz təşkil edə bilər. Ekspertlər qeyd edirlər ki, boru kəmərinin çəkilməsi üzrə texniki şərtlər "Mavi axın" (Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə) layihəsi üzrə boru kəmərinin çəkilişindən daha sərfəlidir. Bu, Xəzərin dəriliyinin azlığı və Qara dənizlə müqayisədə, təbii mühitinin əlverişli olması ilə izah olunur.

Bu boru kəməri hazırda Azərbaycanın "Şahdəniz" qaz kondensat yatağından, Gürcüstan ərazisindən tranzit olunmaqla, Türkiyəyə qazın nəql edildiyi Cənubi Qafqaz qaz kəmərinə birləşdirilə bilər. Gələcəkdə bu qazın Yunanıstan və Bolqarıstandan keçməklə, İtaliya və daha sonra Avropaya nəql imkanları da nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti