Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir S.Əliyev/ "Azərbaycan İran qarşısında elektrik enerjisinə görə olan borcun ödənilməsi çərçivəsində, bu ölkəyə elektrik enerjisinin ixracını başa çatdırıb", - "Azərenerji" SC-nin vitse -prezidenti Marlen Əsgərov cümə axşamı bildirib.
İİR qarşısında elektrik enerjisinə görə borcun ümumi həcmi 245 mln. kVt/saat təşkil edib. Bu elektrik enerjisi İran tərəfindən blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında tədarük edilir və İİR-də elektrik enerjisi istehlakında artımın müşahidə edildiyi yay və payız mövsümlərində Azərbaycan tərəfindən qaytarılır.
Hazırda İslam Respublikası 150 - 200 min kVt/saat elektrik enerjisi tədarük edir. Bu həcm gələcəkdə qaytarılacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]