...

Türkiyədə qaz  qıtlığı yaranıb

Energetika Materials 9 Yanvar 2009 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar/ Trend , müxbir T.Əliyev/ Qərb boru kəməri vasitəsilə Türkiyəyə qaz nəqli dayandırıldığından, ölkə sutka ərzində 45 mln. kubmetr az qaz alır. Buna görə "Mavi axın"-la nəql olunan qazın miqdarı 40-dan 48 mln. kubmetrədək artırılıb, - Atilla Doqan Türkiyə şirkətinin prezidentinin məsləhətçisi Necət Pamir bildirib.

Azərbaycandan qaz tədarükünü artırmaq (hazırda bu 17 mln. kub metrə bərabərdir) çətindir ; Azərbaycanın tədarük öhdəlikləri var.  

" İran tərəfi  deyir ki, Türkiyəyə qaz tədarükünü artıra bilərlər, lakin biz bilirik ki, onların imkanları məhduddur", - Pamir söyləyib.

Türkiyənin qaz anbarlarının saxlama imkanları məhduddur. Problemin həlli üçün Nigeriya və Əlcəzairdən alınan maye qazın həcmini artırmaq lazımdır, - deyə Pamir  əlavə edib.

" Bu, hökumətin uğursuz energetika siyasətinin nəticəsidir. " Vəziyyət nəzarət altındadır, " deyərək, onlar qazın istifadəsinin azaldılması ilə vəziyyətdən çıxırlar. Bu yanacaq növünün bəzi sahələrdə istifadəsi dayandırılıb. Nəticədə, biz hər qış bu siyasətin acı nəticələrini görürük",- Pamir vurğulayıb.

Pamirin sözlərinə görə, qaz tədarükünün artırılması üçün Nabucco qaz kəmərinin  çəkilməsi  üzrə danışıqlar aparılır, lakin Azərbaycan, Türkiyə və Avropa ölkələri arasında qazın qiyməti və tranzit xərcləri lə bağlı həllini tapmamış  bir çox məsələlər  var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti