Qazaxıstan, Astana, 25 fevral / Trend , müxbir K.Arınova / "Shell" Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) və Qazaxıstan Xəzər Boru Kəməri Sistemi (QXBKS) də daxil olmaqla bütün boru kəmərlərini dəstəkləyir, - şirkətin Qazaxıstan şöbəsinin baş sədri Kempbel Keyr bildirib.
"Biz Qazaxıstan hökumətinin də dəstəklədiyi çoxvektorluluq üsulunda qalırıq. İndiki mərhələdə bizim prioritetimiz buraxılış imkanlarının artırılması yönündə əldə olunmuş razılıqların çərçivəsində Xəzər Boru Kəməri Konsorsiumu layihəsinin inkişafıdır", - Keyr bildirib.
Onun sözlərinə görə, şirkət QXBKS layihəsini də dəstəkləyir.
"Biz Qazaxıstan dövləti ilə QXBKS layihəsinin müzakirələrində iştirak edirik. Hesab edirik ki, bütün mümkün variantlara baxılmalıdır", - Keyr bildirib.
Əgər XBKK və QXBKS layihələri tez bir zamanda həyata keçərsə, şirkətin Qazaxıstanda hasil edilən neftin boru kəməri vasitəsi ilə Çinə ötürməsi sualına isə "Shell"in Qazaxıstandakı şöbə müdiri cavab verib ki, bu gün şirkət üçün üç variant var - bu XBKK-nun genişləndirilməsi, QXBKS-in yaradılması və dəmir yoludur.
Əgər hər iki layihə - XBKK-nın genişləndirilməsi və QXBKS-in yaradılması ləngisə, qərbə neftin çatdırılması dəmir yolu vasitəsi ilə həyata keçiriləcək. Bizim prioritetlərimiz daha aydın və dəqiqdir. Bu ilk öncə XBKK-nin genişləndirilməsi, QXBKS-in yaradılması və dəmir yoludur", - Keyr qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]