...

Azərbaycana məxsus neft-qaz avadanlıqlarının Qazaxıstan bazarına çıxarılması birgə müəssisə vasitəsilə mümkündür

Energetika Materials 17 Mart 2009 14:56 (UTC +04:00)

Qazaxıstan, Astana, 17 mart / Trend , müxbir K.Arınova /

Azərbaycandan neft-qaz avadanlıqlarının Qazaxıstan bazarlarına çıxarılması birgə müəssisə tərəfindən həyata keçirilə bilər. Bu haqda Trend -a "KazMunayQaz" MŞ SC-nin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.

"Qonşu ölkə olan Azərbaycandan Qazaxıstan bazarına neft-qaz avadanlıqlarının çıxarılması birgə müəssisənin yaradılması nəticəsində həyata keçə bilər", - mənbədən bildirilib.

Müsahibin bildirdiyi kimi, Qazaxıstan neft-qaz avadanlıqlarının istehsalı ilə məşğul olmayıb. Bu avadanlıqları Azərbaycan, Başqırdıstan və Tatarıstanın neft-qaz avadanlıqları və maşınqayırma istehsalı üzrə ən güclü hesab edilən müəssisələrindən alıb.

"Sovet dövründə əsasən bütün avadanlıqları Bakıdan alırdıq. Məşhur "AzinMaş-37" hələ də Qazaxıstan neft yataqlarının çoxunda istifadə olunur. Bakıdan həmçinin müxtəlif yükqaldırıcı qurğular da alırdıq. Lakin hazırda bu məhsulları idxalı qismən də olsa əvəzləyən Petropavlovsk ağır maşınqayırama zavodu da istehsal edir", - deyə mənbədən bildirilib.

O həmçinin qeyd edib ki, Azərbaycandan gətirilən neft-qaz avadanlıqları keyfiyyəti ilə hər zaman seçilib. "Təəssüf ki, İttifaqın dağılmasından sonra bu sahədə bizim münasibətlərimiz pozuldu. Lakin əvvəlcə də dediyim kimi, onların yenidən bərpa olunması birgə müəssisənin yaradılmasından sonra mümkün olacaq", - milli şirkətin nümayəndəsi bildirib.

"KazMunayQaz" MŞ SC-nin məlumatlarına əsasən, Qazaxıstanda 12 il ərzində neft-qaz avadanlıqlarının 300 növü mənimsənilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti