...

Bakı NEZ-də ciddi yanğın baş verməyib - zavodun nümayəndəsi (ƏLAVƏ OLUNUB)

Energetika Materials 9 Aprel 2009 13:36 (UTC +04:00)
Bakı NEZ-də ciddi yanğın baş verməyib - zavodun nümayəndəsi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 09 mart / Trend , müxbir E.İsmayılov /

"Heydər Əliyev adına Neft Emalı Zavodunda hər hansı yanğın baş verməyib, binanın üzərindən havaya qalxan tüstü isə zavodda yandırılan zibilin tüstüsü olub", - cümə axşamı SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) balansında olan müəssisədən bildiriblər.

"Fövqəladə heç nə baş verməyib, sadəcə zibil yandırılıb və tüstü də bu səbəbdən qalxıb", - zavoddan deyilib. Alov və tüstü  bu gün Bakı vaxtı ilə səhər saat 10:00-da müşahidə olunub.

Bir müddət əvvəl, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun Yanğınsöndürmə Xidməti İdarəsinin rəisi Elçin Mansurovun, müəssisənin zibilxanasında yaranmış yanğın zamanı tüstüdən boğularaq öldüyü haqda fikir səslənmişdi.

Bakı təcili tibbi yardım stansiyasının baş həkimi Rauf Nağıyev bu məlumatı təkzib edib. Onun sözlərinə görə, Mansurov ürək tutmasından vəfat edib. "Mansurov buna qədər iki infarkt keçirib və zavodda zibilin yanması üzündən həyəcandan yerindəcə ürək tutmasından keçinib", - Nağıyev bildirib.

Azərbaycanda iki Neft Emalı Zavodu (NEZ) fəaliyyət göstərir - Heydər Əliyev adına NEZ və Azneftyağ NEZ. Birinci NEZ-də əsasən ağ, ikincidə isə qara neft məhsulları istehsal olunur. İki zavodun məcmu gücü ildə 20 milyon ton təşkil edir. NEZ-lər öz vəsaitləri hesabına dəniz və qurudakı yataqlardan əldə etdiyi ildə 6 milyon ton nefti emal edən SOCAR-ın tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti