...

Qafqazın ən iri İES-nin gücü xeyli artırılacaq

Energetika Materials 21 Aprel 2009 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend /

"Azərbaycanın istilik elektrik stansiyasının (AzİES - Qafqazın ən iri istilik elektrik stansiyası) yenidən qurulması nətcəsində gücü hazırki 2400 mpeqavatdan 3000 meqavata qədər artırılacaq", - "Azərenrji" SC-nin məlumatında deyilir.  

Stansiya 8 enerji blokundan ibarətdir və stansiyanın gücünün artırılması blokların hamısının yenidən qurulması hesabına nəzərdə tutulub. Stansiyanın bir enerji blokunda yenidənqurma işləri başa çatıb və onun gücü 330 meqavata çatdırılıb.

Yanvar-mart ərzində İES tərəfindən təqribən 2,7 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib. Bu da prqnozlaşdırılan istehsaldan 50 milyon kilovat/saat çoxdur.

Martda elektrik stansiyası tərəfindən istehsal olunan elektrik enerjisi 831 milyon kilovat/saat təşkil edib və bu, proqnozlaşdırılan göstəricidən 6 milyon kilovat/saat artıqdır.

Xəbər lenti

Xəbər lenti