...

"Nabukko" qaz kəməri üzrə hökumətlərarası sazişin imzalanması mühüm addımdır – SOCAR-ın Avstriya nümayəndəliyi

Energetika Materials 20 May 2009 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir E.İsmayılov /

"Nabukko" qaz kəməri layihəsinin iştirakçı dövlətləri ilə Türkiyə arasında iyunda imzalanması planlaşdırılan hökumətlərarası saziş bu layihənin reallaşdırılması istiqamətində mühüm addım olacaq. Bu barədə çərşənbə günü SOCAR-ın Avstriyadakı nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov bildirib.

"Hökumətlərarası sazişin iyunda, ehtimal ki, ayın sonlarında imzalanması gözlənilir. Hökumətlərarası sazişin imzalanması mühüm addımdır, gələcək danışıqlar isə bu layihədə mövqeyimizin necə olacağını göstərəcək", - deyə Cavadov vurğulayıb.

Cavadov bildirib ki, "Nabukko" qaz kəməri layihəsi çərçivəsində danışıqlar aparılır, lakin hələ heç bir nəticə yoxdur. "Bu halda bizim ofis [SOCAR-ın Avstriya nümayəndəliyi] əlaqələndirici rolu icra edir", - deyə Cavadov bildirib.

Beynəlxalq layihələr və "Nabukko"nun OMV şirkətindəki nümayəndəsi Kristian Dolezal bildirmişdi ki, layihənin reallaşdırılmasının hazırkı mərhələsində Türkiyə ilə sazişin imzalanması başlıca məsələdir. Onun imzalanmasından və "open season" adlandırılan mərhələnin başlanmasından sonra tədarükçü ölkələr vasitəsilə boru kəməri ilə nəql olunacaq qaz həcmləri üzrə məsələlərin müzakirəsinə başlamaq planlaşdırlır.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlamaq nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq.  Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti