...

"Nabukko" qaz borusunun layihəsi: risklər artır

Energetika Materials 10 İyun 2009 13:58 (UTC +04:00)
"Nabukko" qaz borusunun layihəsi: risklər artır

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir A. Bədəlova /

Ötən həftə Bakıda keçirilmiş Xəzər regionunun energetika təhlükəsizliyinin və onun resurslarının dünya bazarlarına nəqlinin təmin olunmasında roluna xüsusi diqqət ayıran Caspian Oil & Gas-2009 konfransında bu istiqamətdə bir çox məsələlər qaranlıq qaldı. Avropa İttifaqının tədarük mənbələrini diversifikasiya etmək, o cümlədən Cənub qaz dəhlizi layihəsinə olan ümidlərinə baxmayaraq, layihənin realizasiyası məsələsində ciddi problemlər ola bilər.

Cənub dəhlizi layihəsinin tərkib hissəsi olan "Nabukko" qaz borusunun doldurulması üçün qaz mənbələrinin olmaması böyük aktuallıq kəsb edir. Layihə iştirakçılarının onun uğuruna və inkişafına olan bütün əminlikləri və inamlarına baxmayaraq, indiyədək alıcı və tədarükçü arasında heç bir müqavilə imzalanmayıb. Belə müqavilələrin olmaması nəticəsində layihə işə başlamayacaq, "StatoilHydro Azerbaijan" Norveç dövlət şirkətinin müqavilələrin imzalanması üzrə rəhbəri Sveynunq Dankel hesab edir.

"Nabukko"-ya ilkin mərhələdə təxminən 8 milyard kubmetr qaz lazımdır və bu həcmdə qazı Azərbaycanın qaz yatağı "Şahdəniz"-in işlənilməsinin ikinci mərhələsində əldə etmək planlaşdırılır. Mümkünlük tamamilə realdır, lakin Avropa öz hesablarında bu qazın alıcılarının (Rusiya və son zamanlarda İran) çox olmasını nəzərə almayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, İran "Şahdəniz" yatağının ikinci növbəsində hasil olunan bütün qazı müvafiq qiymətə almağı təklif edib.

Belə ki, hazırda Azərbaycan öz qazının satılması üçün böyük seçim imkanına malikdir. "Bizim üçün fərqi yoxdur qazı kimə satırıq, biz  Aİ və Rusiyanın layihələrini eyni olaraq bəyənirik, əsas məsələ odur ki, tədarük stabil və etibarlı olsun", - Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib. Lakin bununla bərabər o qeyd edib ki, "Nabukko" layihəsinə skeptik yanaşır və hesab edir ki, bu layihə bir çox iqtisadi və siyasi xarakterli çətinliklərlə üzləşib.

"Nabukko" qaz borusu layihəsi Xəzər regionundan qazı Aİ ölkələrinə çatdırmağı nəzərdə tutur. Borunun maksimal gücü il ərzində 31 milyard kubmetr təşkil edəcək. İlkin olaraq layihə İranın Fars körfəzindəki yataqlarından qazın tədarükünü nəzərdə tuturdu. 2006-cı ildə İranın nüvə proqramı ətrafında yaranmış münaqişə ilə bağlı Türkmənistan, Azərbaycan və Özbəkistandan qazın tədarük edilməsi imkanının saxlanılması ilə onun dəyişdirilməsi barədə qərar qəbul edildi.

Hazırda "Nabukko" qaz borusu "potensial" və ona zəruri olan qazsız qalmaq təhlükəsi ilə üzləşib. Layihə özünün təyinatını - tədarüklərin mənbələrinin diversifikasiyasını doğrultmaya bilər. Layihənin orientasiyasının üçüncü dəfə dəyişdirilməsi şübhəli görünür, iki variantdan - Rusiya qazını istifadə etmək, layihədən imtina etmək - Avropa çox güman ki, ikincini seçəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti