...

OPEK Azərbaycan neftinin tədarükünün artacağını proqnozlaşdırır

Energetika Materials 3 İyul 2009 11:07 (UTC +04:00)
OPEK Azərbaycan neftinin tədarükünün artacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 02 iyul / Trend , A.Bədəlova /

OPEK-in proqnozlarına görə, Azərbaycan 2009-cu ilin IV rübündə neft tədarükünün həcmini sutkada bir milyon barrelə qədər artıracaq. Proqnozlara əsasən, III rübdə isə ölkənin neft tədarükünün həcmi sutkada 960 min barrel olacaq.

Kartel 2009-cu ildə Azərbaycan üçün neft tədarükü proqnozlarını səkkiz min barrel qaldırıb. Yeni proqozlara əsasən, neft tədarükü 2008-ci il ilə müqayisədə sutkada 60 min barrel artaraq 970 min barrelə çatacaq.

OPEK-in proqnozlarına görə, keçmiş Sovet İttifaqı ölkələrinin ümumi neft tədarükü 2009-cu ildə sutkada 60 min barrel artaraq 12,62 milyon barrelə qədər çatacaq ki, bu da kartelin əvvəlki proqnozundan 26 min barrel çoxdur. Proqnozun artması Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən neft tədarükü həcminin artırması ilə bağlıdır.

Dünyanın neft tələbatına dair OPEK-in proqnozlarında əhəmiyyətli dəyişikliklər yoxdur. "ABŞ-da neftə tələbat  gözlənilməz olaraq qalır, onun azalması bütün dünyada neftin tələbatına təsir göstərəcək," - OPEK-in kartelin rəsmi saytında yerləşdirilmiş bəyanatında belə deyilir.

Kartel OPEK-in neftə olan tələbat proqnozlarını 2009-cu ildə sutkada 200 min barrel azaltmaqla 28,6 milyon barrelə qədər salıb ki, bu da 2008-ci ildəkindən sutkada 2,2 milyon barrel aşağıdır.  Üçüncü və dördüncü rübdə OPEK-in neftə olan tələbatının müvafiq olaraq sutkada 28,7 və 29 milyon barrelə qalxacağı gözlənilir.

OPEK 2009-cu ildə dünyada neftə olan tələbatın sutkada 1,6 milyon barrel azalmaqla 83,8 milyon barrelə qədər düşəcəyini proqnozlaşdırır. Bəyanatda deyilir ki, dünya iqtisadiyyatının bərpası zamanı neftə olan tələbat stabilləşəcək.

OPEK-in proqnozlarına görə, 2009-cu ildə kartelə daxil olmayan ölkələr sutkada 50,52 milyon barrel neft tədarük  edəcəklər ki, bu da onların keçən il tədarük etdiklərindən 210 min barrel çoxdur.  Üçüncü və dördüncü rübdə tədarükün həcmi müvafiq olaraq sutkada 50,28 və 50,73 milyon barrel olacaq.
 
Məqalənin müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti