...

Yaponiya şirkəti ARDNŞ ilə birgə böyük ekoloji layihənin reallaşdırılmasında iştirak etmək niyyətindədir

Energetika Materials 21 İyul 2009 16:44 (UTC +04:00)
İlin sonuna kimi "IT ECO Engineering şirkəti" ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft və neft məhsulları ilə çirklənmiş sahələrinin təmizlənməsi və monitorinqində iştirak etmək üçün öz təkliflərini təqdim etməyi planlaşdırır.

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir E.ismayılova /

İlin sonuna kimi "IT ECO Engineering şirkəti" ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft və neft məhsulları ilə çirklənmiş sahələrinin təmizlənməsi və monitorinqində iştirak etmək üçün öz təkliflərini təqdim etməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı ARDNŞ-dəki vəziyyətlə tanış olan mənbədən bildirilib.

"İyulun 16-22-də şirkətin nümayəndələri Azərbaycanda səfərdə olub, həmçinin müyyən sahələrlə, monitorinqlərin nəticələri və görülmüş işlərlə tanış olublar. Bu ilin sonuna kimi şirkətin layihədə iştirakı üçün müəyyən təkliflər ilə çıxış etməsi mümkündür", - deyə mənbədən bildirlib.

Bu layihənin planlaşdırılması zamanı yapon şirkəti monitorinqlər keçirəcək və öz vəsaiti hesabına seçilmiş ərazilərin təmizlənməsini həyata keçirəcək. Hələlik bu məsələ ilə bağlı rəsmi razılıq yoxdur.

Mənbə bildirib ki, Yaponiya şirkətinin nümayəndələrinin hazırki səfərinin (bu üçünücü səfərdir) əsas məqsədi bu layihənin həyata keçirilməsi ilə tanış olmaq və məlumat toplamaqdır. Lakin Yaponiya tərəfi gələcəkdə bu layihə çərçivəsində əməkdaşlıq etmək barəsində istəyini bildirib.

"IT ECO Engineering" tərəfindən müəyyən təkliflərin təqdim olunacağı təqdirdə ARDNŞ əməkdaşlığa və bu layihənin reallaşmasında hər bir köməkliyi gföstərməyə hazırdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti