...

ARDNŞ Gürcüstanda yeni yanacaqdoldurma məntəqələri açmağa hazırlaşır

Energetika Materials 28 İyul 2009 17:17 (UTC +04:00)
SOCAR Energy Georgia (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə şirkəti) ARDNŞ-nin brendi altında Gürcüstanda daha səkkiz yanacaqdoldurma məntəqəsinin (YDM) inşasını aparır.

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir E.İsmayılov /

SOCAR Energy Georgia (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə şirkəti) ARDNŞ-nin brendi altında Gürcüstanda daha səkkiz yanacaqdoldurma məntəqəsinin (YDM) inşasını aparır. Bu barədə çərşənbə axşamı şirkətin rəhbəri Mahir Məmmədov məlumat verib.

"Hazırda səkkiz YDM tikinti mərhələsindədir və artıq sentyabrda yeni məntəqələr tədricən istifadəyə veriləcək", - Məmmədov deyib.

Məmmədovun dediyi kimi, bu ilin sonuna qədər Gürcüstanda ARDNŞ-nin brendi altında işləyən YDM-lərin sayının 23-dən 35-ə qaldırılması planlaşdırılır.

Şirkətin məqsədlərindən biri pərakəndə satış sahəsində lider mövqeyi tutmaqdır. "Şirkət bu məqsədə bir neçə gün ərzində çatmağı və Gürcüstanda YDM-lərin sayını 60-70-ə çadırmağı planlaşdırır", - bir müddət əvvəl Məmmədov bildirmişdi.

SOCAR Energy Georgia Gürcüstanda neft və neft məhsulları bazarında distribütorluq və marketinqlə məşğul olur. SOCAR Georgia-nın həmtəsisçiləri ARDNŞ (51 faiz), Petro-Trans FZCO (32,7 faiz) və İvan Çxartişvilidir (16,3 faiz).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti