Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir E. İsmayılov /
Azərbaycan Elmi-Tədqiqat və Qaz Layihə İnstitutu (AzETLQİ) bir neçə həftə ərzində iki yeni qaz kəmərinin layihələşdirilməsini tamamilə başa çatdırmağı planlaşdırır. Bunu çərşənbə axşamı layihə işi üzrə AzETLQİ-nin baş mütəxəssisi Azər Seyidov deyib. Layihə "Aztransqaz" İB-nin sifarişi ilə hazırlanır.
"Bu layihə çərçivəsində yalnız bu ayın sonuna qədər başa çatdırılması planlaşdırılan xırda detallar qalıb", - Seyidov deyib.
Seyidovun dediyi kimi, paralel olaraq tikintiyə hazırlıq üzrə işlərin başlanılması üçün materiallar hazırlanıb.
Beləki, aparılmış layihələndirmə işlərinə əsasən, iki qaz kəmərinin tikintisi planlaşdırılır. Bunlardan biri Səngəçal Terminalından Qazıməmmədə qədər (ölkənin qaz qovşağı), ikincisi isə Kalmaz yeraltı anbarına qədər çəkiləcək.
Səngəçal terminalının yaxınlığında "Azəriqaz" İB-nin (əvvəlki Azəriqaz" QSC) obyekti - Səngəçalın əsas binası (SƏB) var. Bura "Şah Dəniz" dəniz qazkondensat yatağından və "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yatağından çıxarılan, Azərbaycana düşən qaz payı daxil olur.
Seyidovun bir müddət əvvəl dediyi kimi, SƏB-dan ölkənin qaz qovşağı olan və bütün regionlara qaz paylanılan Qazıməmməd kompressor stansiyasına qədər fasiləsiz və təhlükəsiz qaz nəqlini təmin etmək məqsədilə əlavə qaz kəməri çəkiləcək. Layihəyə əsasən, yeni kəmərin uzunluğu 47 km, 55 atmosfer təzyiqlə diametri 1020 millimetr olacaq. Bu istiqamətdə artıq bir qaz kəməri var. Bu kəmər istifadəyə keçən il verilib. Kəmərin uzunluğu 47 km, layihə üzrə 55 atmosfer təzyiqlə diametri 1220 millimetrdir. Bu qaz kəmərinin inşasına qədər qaz köhnəlmiş boru kəmərləri ilə verilirdi. Ona görə də qaz yüksək təzyiqlə nəql edilə bilmirdi.
Kalmaz qaz anbarını qazla təmin etmək üçün İnstitut 20,2 km uzunluğunda, layihə üzrə 55 atmosfer təzyiqlə diametri 720 millimetr olan əlavə qaz kəməri üzrə layihə hazırlayıb. Bu qaz kəməri Qaradağ və Qazməmməd arasında 47 kilometrlik məsafədən Kalmaz yeraltı qazanbarına qədər keçəcək, Seyidov deyib.
Azərbaycanda cəmi iki yeraltı qaz anbarı var. Bunlardan biri işlək həcmi 500 milyon kubmetr olan Qaradağ, ikincisi isə işlək gücü 1,1 milyard kubmetr olan Kalmaz anbarıdır.
Hazırda ARDNŞ Qaradağ qaz anbarının işlək həcminin artırılmasının birinci fazası çərçivəsində iş aparır. Qaz anbarının yenidən qurulmasının iki fazada həyata keçirilməsi nəzərdə tutulur. Birinzi faza anbarın işlək gücünün 1,4 milyard kubmetrədək artırılmasını nəzərdə tutur. İkinci faza çərçivəsində anbarın işlək həcminin 2,3 milyard kubmetrə qədər artırmaq planlaşdırılır. ARDNŞ bu il Kalmaz yeraltı qaz anbarının genişləndirilməsi çərçivəsində geofiziki tədqiqatlara başlamağı da planlaşdırır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]