...

Ayrı-ayrı coğrafi sahələrin mənsubiyyətinə dair mübahisəni etməkdənsə, Xəzərdə hüquq problemini həll etmək daha vacibdir – Prezident Berdımuhəmmədov

Energetika Materials 2 Oktyabr 2009 13:13 (UTC +04:00)
Bu gün Türkmənistan üçün “ayrı-ayrı coğrafi sahələrin mənsubiyyətinə dair mübahisəni həll etməkdənsə, Xəzərdə hüquq problemini həll etmək daha vacibdir”, - bu barədə ölkə Prezidenti Qurbanqulı Berdımuhəmmədovun bu gün "Neytral Türkmənistan" qəzetində dərc olunan müraciətində deyilir.
Ayrı-ayrı coğrafi sahələrin mənsubiyyətinə dair mübahisəni etməkdənsə, Xəzərdə hüquq problemini həll etmək daha vacibdir – Prezident Berdımuhəmmədov

Türkmənistan, Aşqabad, 02 oktyabr / Trend , müxbir H.Həsənov/

Bu gün Türkmənistan üçün "ayrı-ayrı coğrafi sahələrin mənsubiyyətinə dair mübahisəni həll etməkdənsə, Xəzərdə hüquq problemini həll etmək daha vacibdir", - bu barədə ölkə Prezidenti Qurbanqulı Berdımuhəmmədovun bu gün "Neytral Türkmənistan" qəzetində dərc olunan müraciətində deyilir.

Onun sözlərinə əsasən, "dəqiq coğrafi koodinatlarda dənizin orta xəttinin müəyyənləşdirilməsi məsələsi üzrə qarşılıqlı qəbul oluna bilən qərar tapılmayınca regionda siyasi və iqtisadi inkişaf prosesinin davam etdirilməsi, Xəzərin bioloji resurslarının, gəmiçilik, sahilyanı dövlətlərin hüquqi məsuliyyət zonalarının mühafizə edilməsi üzrə aktual məsələlərin həlli mümkün deyil".

Berdımuhhəmədov bildirib ki, Türkmənistanın beynəlxalq arbitraj məhkəməsinin Xəzərdəki yataqlar üzrə Azərbaycanla mübahisəsi üzrə hər bir qərarını qəbul edəcəyinə gəldikdə isə ölkə "sərhədyanı ölkələr arasında hər bir anlaşılmazlığın aradan qaldırılmasına könüllü razılığını bildirib".

Aşqabadın bu mövqeyi dövlət başçısının hesab etdiyi kimi, Xəzərdə beynəlxalq siyasi və iqtisadi əməkdaşlığın inkişafı üzrə münaqişəsiz zonanın yaradılmasına kömək edə bilər.

Bir gün öncə Berdımuhəmmədov Aşqabadda keçirilən mətbuat konfransında bildirib ki, Türkmənistan Azərbaycan ilə Xəzərdəki yataqlar üzrə ikitərəfli danışıqların aparılması imkanlarını nəzərdən keçirir. Onun fikrincə, kompromis həllərin tapılması üçün bir neçə "yaxşı variant" mövcuddur. O hesab edir ki, yüksək səviyyədə dialoq hələ də başa çatmayıb və davam etdirilə bilər.

Rəsmi türkmən mənbəsinin verdiyi məlumata əsasən, Berdimuhammedov qeyd edib ki, Azərbaycan "mehriban qonşudur..... biz çoxdan bəri qardaş olmuşuq və olacağıq da". Həmçinin onun fikrincə, dəniz yataqları üzrə variantların saxlanılması zamanı Türkmənistan planlaşdırdığı kimi beynəlxalq arbitraj məhkəməsinə müraciət etmək üçün əsasa malikdir.

Bu gün "Neytral Türkmənistan" Türkmənistan rəhbərliyinin məhkəməyə müraciətlə bağlı əsaslarını təqdim edib.

"Biz bu yaxınlarda mübahisənin həlli üzrə üçüncü variantı təklif etdik. Mən tərəfdən müvafiq orqanlara beynəlxalq arbitraja veriləcək lazımı sənədlərin hazırlanması tapşırılıb. Biz əvvəlcədən beynəlxalq arbitrajın istənilən qərarını qəbul etməyə hazır olduğumuz barədə bəyan etmişdik", - Berdımuhəmmədov bildirib.

Onun sözlərinə əsasən, bununla da "Türkmənistan sərhədyanı ölkələr arasında hər hansı bir anlaşılmazlığın aradan qaldırılmasına, Xəzərdə beynəlxalq siyasi və iqtisadi əməkdaşlığın münaqişəsiz inkişafı zonasının yaradılmasına könüllü razılığını bildirib".

O qeyd edib ki, Xəzərdəki ziddiyətlər uzun müddətdir ki, qalmaqdadır. Əsas fikir ayrılıqları Azərbaycanın fəal şəkildə karbohidrogen xammalının hasilatını həyata keçirdiyi dəniz şelfinin mərkəzi hissəsindəki neft yataqları üzrə tərəflərin iddiası səbəbindən yaranır.

"Xatırladıram ki, bütün danışıq prosesi ərzində Türkmənistan yurisdiksiya zonalarının müəyyənləşdirilməsi üzrə hüquqi normalar müəyyən edilməyənə qədər mübahisəli ərazilərdə hər hansı işlərin həyata keçirilməsinin qanunsuz olması mövqeyində qalmaqdadır", - Berdımuhəmmədovun bildirib.

Cari ilin yayında Türkmənistanın müvafiq idarələri dövlət başçısından məhkəməyə müraciət hazırlamaq tapşırığı alıblar. Türkmənistan tərəfi onu "qəbul etməyə" söz vermişdi. Türkmənistan rəhbərliyi mübahisəyə səbəb "Kəpəz", həmçinin "Azəri" və "Çıraq" yataqlarının olduğunu bildirib. Azərbaycanın rəsmi hakimiyyəti sonuncu yataqları tamamilə özününkü hesab edir. "Kəpəz"dən isə birgə istismar edilməyə hazır olunduğu bəyan edilib.

Hazırda iki türkdilli dövlət Aİ tərəfindən Türkiyə üzərindən Avropaya qaz tədarük edən "Nabukko" qaz kəməri üçün xammal mənbələri rolunda nəzərdən keçirilir. Bu da ölkələrə enerji daşıyıcılarının satış bazarını diversifikasiyalaşdırmaq imkanı verəcək.

Ekspertlər hesab edirlər ki, Aşqabad və Bakı arasındakı fikir ayrılıqları Türkmənistanın bu layihəyə qoşulması vaxtını uzada bilər. Bu dövlətin layihədə iştirakı "Nabukko"nun böyük dinamikasına səbəb ola bilərdi.

Xəbər lenti

Xəbər lenti