...

ARDNŞ qaz anbarlarındakı quyuları təmir edir

Energetika Materials 16 Oktyabr 2009 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend /

ARDNŞ-in qaz proqramı çərçivəsində Qaradağ və Kalmaz qaz anabrlarında 50-dən çox quyu təmir edilib və istismara verilib, bu barədə "Vışka" qəzetinə müsahibədində ARDNŞ-in "Kompleks qazıma işləri" trestinin başçısı İsgəndər Şirəli bildirib.

"Təmir olunan quyuların ümumi sayından təxminən 300-ü Qaradağ yeraltı qaz anbarının, qalanları isə Kalmaz qaz anbarının payına düşüb. Qaradağ qaz anbarında quyuların dərinliyi 3600 metr, Kalmaz qaz anbarında isə 1700 metr təşkil edib", - Şirəli bildirib.

Azərbaycanda cəmi iki yeraltı qaz anbarı mövcuddur, onlardan biri aktiv həcmi 500 milyon kubmetr təşkil edən Qaradağ, digəri aktiv gücü 1,1-1,2 milyard kubmetr təşkil edən Kalmaz yeraltı qaz anbarıdır.

Bu il ARDNŞ 2009-2010-cu illərin payız-qış mövsümündə istifadə edilməsi üçün Azərbaycanın yeraltı qaz anbarlarına 1,8-1,9 milyard kubmetr qaz doldurmağı planlaşdırır. Ötən mövsümdə bu göstərici 1,4 milyard təşkil edib, əvvəlcə ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev bildirib.

Hazırda ARDNŞ hər iki qaz anbarının gücünün genişləndrilməsi üçün işlər həyata keçirir. Qaradağ qaz anbarının genişləndirilməsinin birinci mərhələsi çərçivəsində onun aktiv gücünün 1,4 milyard kubmetrə kimi çatdırılması planlaşdırılır, ikinci mərhələ çərçivəsində isə bu göstərici 2,3 milyard kubmetrə kimi çatdırılacaq.

Abdullayevin fikrincə, yaxın zamanda Azərbaycanın yeraltı qaz anbarlarına təxminən üç milyard kubmetr qaz doldurmaq mümkün olacaq, perspektiv üçüncü mərhələdə isə bu rəqəmi beş milyard kubmetrə kimi çatdırmaq mümkün olacaq. Bu, Azərbaycanın daxili bazarının qaz ilə təminatının və ölkənin ixrac imkanlarının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti