...

ARDNŞ yeni platformanın tikintisini aparır

Energetika Materials 26 Oktyabr 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir E.İsmayılov/

Heydər Əliyev adına Dərin Özüllər Zavodu yeni 4 bloklu "Neft daşları-2585" plafformasında iki blok üzrə tikinti işlərini başa çatdırmaq üzrədir, bazar ertəsi ARDNŞ-dan mənbə deyib.

"İki blok üzrə tikinti işləri demək olar ki, son mərhələdədir, ilin sonunadək onların tikintisi tamamilə başa çatacaq", - mənbə deyib.

Mənbənin sözlərinə görə, tikinti çərçivəsində işlərin 90 faizi başa çatıb. Qalan iki blokun quraşdırılması isə ARDNŞ-in "Neftqaztikinti" tresti tərəfindən aparılacaq.

Yeni platformalar ehtiyatı xeyli tükənən "Neft daşları" yatağında neft hasilatının həcmini sabit saxlamaq üçün vacibdir. "Neft daşları" Azərbaycanın karbohidrogen hasilatına başladığı ilk dəniz yatağıdır.

Hündürlüyü 64 metr olan platforma suyun 46 metr dərinliyində beşbloklu "Neft daşları-1887" platformasından 500 metr məsafədə yerləşir. Yeni platformadan 12 quyu qazılması planlaşdırılır.

Bu tədbirlər Azərbaycan Prezidentinin "Neft daşları" Neft-qaz Çıxarma İdarəsindən hasilat həcminin 812 min tondan 1,2 milyon tonadək artırılmasına dair sərəncamı çərçivəsində həyata keçirilir. ARDNŞ geoloqlarının dəyərləndirmələrinə görə, "Neft daşları" yatağında qalan neft ehtiyatının həcmi 30 milyon ton təşkil edir. Yataqda neft hasilatının artırılması məqsədilə 2010-cu ildən 78 yeni quyunun qazılması planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti