...

ARDNŞ Xəzərin perspektivli strukturunda kəşfiyyat quyusunun qazılması üçün yer seçir

Energetika Materials 3 Dekabr 2009 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli "Babək" qaz-kondensat strukturunda geoloji-seysmik tədqiqatları başa çatdırıb. Bu barədə ARDNŞ-nin məlumatında deyilir. Aparılan tədqiqatlar ilk kəşfiyyat quyusunun yerləşəcəyi ərazini seçmək üçün şərait yaradıb.

Məlumata görə, tədqiqatlar çərçivəsində 430 xətti kilometr seysmoakustik profilləmə, 360 xətti kilometr batimetriya (dərinliyin öyrənilməsi), 90 xətti kilometr sonor planalma işləri yerinə yetirilib.

Aparılmış işlər nəticəsində dəniz dibi relyefi və kəsilişin üst hissəsi (700 metrədək) öyrənilib, dərinlik qırılmaları aşkar olunub, palçıq vulkanlarının hüdudları təyin edilib, eynicinsli horizontlar işlənib və anomal qaz toplanmış sahələr aşkar olunub.

"Babək" perspektivli strukturu hazırda ARDNŞ-nin şəxsi vəsaitləri hesabına ilk kəşfiyyat quyusunun qazıldığı digər perspektivli "Ümid" strukturunun yaxınlığında yerləşir.

ARDNŞ-nin proqnozlarına əsasən, "Babək" strukturunun ehtiyatları 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti