...

ARDNŞ Moody’s reytinq agentliyi üçün təqdimat mərasimi keçirib

Energetika Materials 9 Dekabr 2009 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 dekabr / Trend /

ARDNŞ beynəlxalq reytinq almaq məqsədilə "Moody's International" beynəlxalq reytinq agentliyi üçün təqdimat mərasimi keçirib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

ARDNŞ prezidenti Rövnəq Abdullayev təqdimat mərasimində deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştirakçılardan birinə çevilib. Şirkət təklif edilən bütün layihələri diqqətlə öyrənir və ən gəlirli və təhlükəsiz hesab edilən layihəyə üstünlük veriləcək.

Bu il Xəzərin bəzi strukturlarında kəşfiyyat və qazıntı işlərinə başlanılıb və aparılan işlərin nəticəsi kimi yaxın zamanlarda Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları artacaq.

ARDNŞ bu ilin sentyabr ayında "Fitch Ratings" agentliyinin beynəlxalq reytinqini alıb.

Xəbər lenti

Xəbər lenti