...

Abunəçilər qazdan istifadə qaydalarını pozmaqda davam edir - Azəriqaz İB

Energetika Materials 12 Fevral 2010 20:05 (UTC +04:00)
Payız-qış müvsümünün başlanmasından etibarən qazdan istifadə qaydalarının pozulması nəticəsində 63 nəfər vəfat edib. Bu barədə cümə günü ARDNŞ-nin Azəriqaz İstehsalat Birliyi direktorunun birinci müavini Nazim Səmədzadə bildirib.
Abunəçilər qazdan istifadə qaydalarını pozmaqda davam edir - Azəriqaz İB

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir E.İsmayılov/

Payız-qış müvsümünün başlanmasından etibarən qazdan istifadə qaydalarının pozulması nəticəsində 63 nəfər vəfat edib. Bu barədə cümə günü ARDNŞ-nin Azəriqaz İstehsalat Birliyi direktorunun birinci müavini Nazim Səmədzadə bildirib.

Səmədzadənin sözlərinə görə, qazdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində 245 hadisə baş verib ki, onlardan 34-ü partlayış və yanğınla, 211-i isə qazdan zəhərlənmə ilə nəticələnib. Partlayışlar nəticəsində 34 nəfər həlak olub, 31 nəfər xəsarət alıb. Xüsusilə, dəm qazından 29 nəfər həlak olub, 182 nəfər xəsarət alıb.

"Mən deyərdim ki, bütün bu hadisələr abunəçilərin qazdan istifadə qaydalarını kobud şəkildə pozmaları nəticəsində baş verib", - Səmədzadə vurğulayıb.

Onun sözlərinə görə, bədbət hadisələr qaz cihazlarının digər yerə köçürülməsi, vanna otaqlarında ventilyasiya sisteminin düzgün işləməməsi və ya onların heç olmaması, həmçinin bacaların periodik olaraq təmizlənməməsi nəticəsində baş verir.

Hazırda ölkədə Azəriqaz İB-nin mərkəzi operativ qərargahı fəaliyyət göstərir. Qərargah yaranan problemlərin zamanında aradan qaldırılması ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti