PremiumAİ-nin 27 ölkəsində Euro-super 95 markalı avtomobil benzininin qiyməti (5-12 aprel)

Energetika Materials 15 Aprel 2010 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir A.Bədəlova/

Ötən həftə ərzində (5-12 aprel) Avropanın 27 ölkəsində Euro-super 95 markalı benzinin orta qiyməti min litrə 1353 avro (ƏDV daxil) təşkil edib. Benzinin qiymətinə dair statistik məlumatlar Avropa Komissiyasının rəsmi saytında öz əksini tapıb.

Ötən həftə ərzində Avropa ölkələri arasında Euro-super 95 markalı benzinin ən yüksək qiyməti Niderlandda müşahidə olunub. Ötən həftənin yekunlarına görə, bu ölkədə həmin markalı benzinin qiyməti min litrə 1518 avro təşkil edib.

Bu markalı benzinin ən aşağı orta qiyməti Kiprdə müşahidə olunub - min litrə 1024 avro.

Euro-super 95 markalı benzinin qiymətinin yüksəkliyinə görə ikinci yerdə duran ölkə Belçikadır. Bu ölkədə ötən həftəyə görə həmin markalı benzinin qiyməti min litrə 1477 avro təşkil etib.

Ötən həftə ərzində Euro-super 95 benzininin qiymətinə görə üçüncü yeri tutan Danimarkada qiymət min litrə 1473 avro təşkil edib.

Dördüncü yeri tutan Yunanıstanda qiymət min litrə 1442 avro təşkil edib.

Finlandiya ötən həftə beşinci yeri tutub. Ölkədə Euro-super 95 markalı benzinin qiyməti min litrə 1432 avro təşkil edib.

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə altıncı və yeddincı yerləri tutan Almaniyada və Portuqaliyada qiymət min litrə 1420 və 1402 avro təşkil edib.

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə səkkizinci yeri tutan İtaliyada qiymət min litrə 1392 avro təşkil edib.

Euro-super 95 markalı benzinin qiyməti Fransada min litrə 1383 avro təşkil edib.

Avropa ölkələri arasında Euro-super 95 markalı benzinin qiymətinin yüksəkliyinə görə onuncu yeri Böyük Britaniya tutub. Bu ölkədə qiymət min litrə 1359 avro təşkil edib.

Avropanın 27 ölkəsində Euro-super 95 markalı benzinin qiymətinin (vergilər daxil olmaqla) müqayisə cədvəli:

Ölkələr

Qiymət avro ilə (5-12 aprel)

Niderland

1518

Belçika

1477

Danimarka

1473

Yunanıstan

1442

Finlandiya

1432

Almaniya

1420

Portuqaliya

1402

İtaliya

1392

Fransa

1383

Böyük Britaniya

1359

İsveç

1356

İrlandiya

1278

Macarıstan

1271

Çexiya

1266

Slovakiya

1245

Avstriya

1224

Sloveniya

1204

Malta

1200

Lüksemburq

1198

İspaniya

1185

Litva

1184

Polşa

1172

Estoniya

1132

Latviya

1111

Rumıniya

1073

Bolqarıstan

1046

Kipr

1024

Xəbər lenti

Xəbər lenti