...

Azərbaycanda yanvar-aprel aylarında Şəmkir SES-in kaskadı 400 milyon kVt/s-dan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 14 May 2010 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

Yanvar-aprel aylarında Şəmkir SES-in kaskadı 447,4 milyon  kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji"SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) cümə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, apreldə kaskad 157,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.

Kaskadda stabil enerji təminatı məqsədilə paralel olaraq müxtəlif təyinatlı təmir işləri də aparılır.

Kaskadın tərkibinə Şəmkir və Yenikənd SES-ləri daxildir.

Xəbər lenti

Xəbər lenti