...

Azərbaycan-Türkiyə qaz sazişi "Avropaya pəncərə" açır

Energetika Materials 15 May 2010 17:09 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında imzalanmaya hazırlanan qaz məsələləri üzrə saziş Xəzər qazı qarşısında Avropanın enerji bazarlarının “qapılarını” açır. Regiondan qazın bu bazarlara çıxışı perspektivdə təkcə qaz ixracatçılarına deyil, həm də istehlakçılara və tranzit ölkələrə dividendlər gətirəcək. İstehsalçılar öz qazını dünya bazarlarında sata, istehsalçılar satışın alternativliyini təmin edə, öz enerji təhlükəsizliyiini yüksəldə, tranzit ölkələr isə enerji daşıyıcıların onalrın ərazilərindən daşınmasına görə gəlir əldə edə bilərlər.
Azərbaycan-Türkiyə qaz sazişi "Avropaya pəncərə" açır

Azərbaycan, Bakı, 15 may /Trend/

Trend agentliyi direktorunun müavini Seymur Əliyev

Azərbaycan və Türkiyə arasında imzalanmaya hazırlanan qaz məsələləri üzrə saziş Xəzər qazı qarşısında Avropanın enerji bazarlarının "qapılarını" açır. Regiondan qazın bu bazarlara çıxışı perspektivdə təkcə qaz ixracatçılarına deyil, həm də istehlakçılara və tranzit ölkələrə dividendlər gətirəcək. İstehsalçılar öz qazını dünya bazarlarında sata, istehsalçılar satışın alternativliyini təmin edə, öz enerji təhlükəsizliyiini yüksəldə, tranzit ölkələr isə enerji daşıyıcıların onalrın ərazilərindən daşınmasına görə gəlir əldə edə bilərlər.

ARDNŞ-də qeyd edildiyi kimi (Dövlət Neft Şirkəti), Türkiyə ərazisindən keçməklə qazın tranziti məsələsi üzrə prinsipial razılaşmanın əldə olunması şirkətə məhsulun son dəqiq dəyərini, bu və ya digər bazara qazın nəqlinin iqtisadi məqsədəuyğunluğunu müəyyən etməyəimkan verir.

Beləliklə, Türkiyədən Azərbaycan qazının tranzit dəyərini müəyyən edən sazişin imzalanması Avropadakı potensial istehlakçılarla danışıqlara başlamağa, öz növbəsində, Azərbaycanın 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malik "Şahdəniz" yatağında ikinci mərhələnin işlənməsi layihəsinin perspektivliyini artırır.

Türkiyə ərazisindən qazın tranziti Azərbaycan qazının nəqli marşrutlarıın şaxələndirilməsi prosesini başa çatdırmağa imkan verir. Belə çoxşaxəliliiyn mövcud olması Azərbaycanın enerji təhlükəsizliyini əsaslarından biridir. Bu gün respublikadan qaz Rusiyaya, Gürcüstana və Türkiyəyə ixrac olunur. Bu ilin payızından İrana qazın nəqlinə başlanacağı ehtimal olunur.

Bununla yanaşı, ARDNŞ-dən bildirirlər ki, Azərbaycan öz qazının dünya bazarlarına nəqli üzrə marşrutları indiki məqamda təqdim olunan layihələr üzrə seçəcək.

Azərbaycan qazının nəqli üzrə danışıqlar Nabukko qaz kəməri layihəsinin, Transadriatik qaz kəmərini iştirakçıları, Türkiyə-Yunanıstan-İtaliya (ITGI) qaz kəməri layihəsiin səhmdarları ilə aparılır. Danışıqlar eləcə də, Rusiya ("Qazprom") və İran (INGEC) tərəfiklə aparılır. Texniki -iqtisadi əsaslandırma hazırlandıqdan sonar Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyaya maye qazın nəqli layihəsinə də baxılacaq.

Hazırda Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollar dəyərində tədarük edilir. Bununla yanaşı, Türkiyənin daxili bazarında istehlakçılar üçün qazın 100 kubmetri 300 dollardan çox təşkil edir.

Türkiyə tərəfi ilə imzalanan müqavilədə göstərildiyi kimi, "Şahdəniz" yatağından hasil edilən qazın qiymətinə tədarükə başlanandan bir il sonra baxıla bilər, yəni yeni qiymətlər 2008-ci il aprelin 15-dən tətbiq edilə bilər.

Türkiyə tərəfi dəfələrlə birinci mərhələ çərçivəsində qazın yeni qiymətinə dair tərəflər arasında razılıq əldə edilərsə, qiymət arasındakı bütün fərqlərə hazır olduğunu bildirib. "Şahdəniz"in birinci mərhələsi çərçivəsində Türkiyəyə qaz satışı yeni qiymətlə həyata keçiriləcək.

Müqaviləyə əsasən, layihənin ilkin işlənmə mərhələsi çərçivəsində Türkiyə "Şahdəniz" yatağından 6,6 milyard kubmetr qaz almalıdır.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti