...

"Azərikimya" İstehsalat Birliyi Azərbaycan Elmlər Akademiyası ilə əməkdaşlığı genişləndirir

Energetika Materials 10 İyun 2010 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi Azərbaycan Milli Elmlər akademiyası ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə ARDNŞ-nin cümə axşamı yayılan məlumatında deyilir.

AMEA və "Azərikimya" İB arasında əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə gələcəkdə Sumqayıtda tanınmış kimyaçı alimlərin iştirakı ilə səyyar elmi-texniki müşavirələrin keçirilməsi, şəhərin kimya sənayesi kompleksinin problemlərinin və onların aradan qaldırılması yollarının birgə araşdırılması qərara alınıb.

Görüş zamanı həmçinin İB-yə qaxil olan müəssisələrin bərpası zamanı qabaqcıl ölkələrin müasir texnologiyaları ilə yanaşı, Azərbaycanın məşhur elm xadimmlərinin qiymətli elmi nailiyyətlərinin tətbiqinin vacibliyi də qeyd edilib.

Göpüşdə, həmçinin neft-kimya sənayesi və kimya elminin inkişafının perspektivinə dair ideya və təkliflər irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti