...

"Ekol" QSC neft emalı zavodunda sənaye sularının emalı üzrə keyfiyyəti artırır

Energetika Materials 9 İyul 2010 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

İyunda "Ekol Mühəndislik Xidmətləri" QSC ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna üç min kubmetrə yaxın neft şlamı göndərib. Bu barədə QSC-nin rəsmi internet saytında yerləşən məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, şlam sənaye sularının istifadəsiz qalan rezervuarlardan birindən çıxarılıb və emal üçün başqa tutumlara ötürülüb.

Boşaldılan rezervuar təmizlənib və yenidən istismara verilib ki, bu da neft emalı zavodunda çirkab-sənaye sularının təmizlənməsinin keyfiyyətinin yaxşıladırılmasına kömək edib. Hazırda QSC sənaye sularının saxlanılması üçün nəzərdə tutulan digər hovuzun təmizlənməsi üzrə işlər görür.

Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün 2006-cı ilin martında yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri ARDNŞ (51 faiz) və Lancer S.A. Services-dir (49 faiz).

Xəbər lenti

Xəbər lenti